AktualAktualArxivXəbər lentiXəbərlər

Azərbaycan Respublikası şairlərinin İmam Rza (ə) Türk Şeri festivalında iştirakı

Rəzəvi (İmam Rzaya (ə) aid) Türk Şeri Beynəlxalq Festivalının katibi: “Xarici ölkələrin şairlərinin əsərləri katibliyə daxil olmuşdur”.

Qafqaz Mədəniyyət Mərkəzi – Qərbi Azərbaycan İslami İrşad və Mədəiyyət İdarəsinin müdiri və Rəzəvi (İmam Rzaya (ə) aid) Türk Şeri Beynəlxalq Festivalının katibi höccətül-islam Kərimi bu xəbəri verərək deyib: “Festivalın katibliyinə Türkiyə, Azərbaycan, İraq, Tacikistan və Almaniyadan əsərlər daxil olmuşdur”.

O əlavə edib: “İran İslam Respublikasının türk dilli ölkələrləmədəniyyət razılaşmalarına diqqət etməklə bu festivalda Türkiyə, Azərbaycan və İraq ölkələrindən məşhur və sanballı şairlərin iştirakının şahidi olacağıq”.

Höccətül-islam Kərimi vurğulayıb: “İraqın Ərbil vilayətindən əhli-sünnə məzhəbli şairlərdən biri də öz əsərini festivalın katibliyinə göndərmişdir və festivalda iştirak edəcək. Bu məsələ əhli-sünnənin İmam Rzaya (ə) sevgisini göstərir”.

Festivalın katibi katibliyə əsər göndərməyin son vaxtı haqqında da məlumat verərək deyib: “Türk-Azəri Dilində Rəzəvi Şeri Beynəlxalq Festivalına əsər göndərmək istəyənlərə 21 iyul 2016-cı ilə kimi möhlət verilmişdir. Festival isə 6 avqust 2016-cı ildə Qərbi Azərbaycanın Elektrik Paylanma Mərkəzinin ictimai salonunda keçiriləcək”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button