AktualAktualArxivSosialXəbər lentiXəbərlər

Azərbaycan və Ermənistan arasında sərhəd gərginliyinin əsas səbəbi sionist rejiminin Qafqazda hərəkətləridir

Avrasiya məsələləri üzrə təhlilçi: Azərbaycan və Ermənistan arasında sərhəd gərginliyinin əsas səbəbi sionist rejiminin Qafqazda hərəkətləridir.

Qafqaz Həqiqətləri xəbər verir ki, Avrasiya və Rusiya məsələləri üzrə ekspert Şüeyb Bəhmən Azərbaycan və Ermənistan arasında baş vermiş sərhəd gərginliyinin səbəbləri barədə “Borna” İnformasiya Agentliyinin siyasi müxbirinə verdiyi müsahibədə deyib: “Əvvəlcə qeyd etmək istəyirəm ki, bu qarşıdurma qabaqkı toqquşmaların əksinə olaraq Qarabağ məntəqəsində deyil, ondan qıraqda baş vermişdir. Qarşıdurmanın səbəbi iki ölkə arasında yaşanan keçmiş ixtilaflara qayıdır. İki tərəf arasında daim ara-sıra kiçik toqquşma və gərginlik olmuşdur.”

Ekspert hazırkı şəraitdə iki ölkə arasında bu qarşıdurmaların artmasının səbəbi barədə verilən suala belə cavab verib: “Bu qarşıdurmanın əsas səbəbkarı israillilərin Qafqaz regionundakı hərəkətləridir. Demək olar ki, son bir-iki ayda region medialarında israillilərin Azərbaycan Respublikasına aid hərbi məlumatları ermənilərə ötürməsi barədə xəbərlər yayıldı və bunun səbəbi kimi işğal edilmiş Fələstin ərazilərində Ermənistanın səfirlik açmasını sürətləndirmək məqsədi güddükləri göstərildi.”

Şüeyb Bəhmən vurğulayıb: “Azərbaycan Respublikasına aid hərbi məlumatların ifşa edilməsi və bu arada sionistlərin hərəkəti üzündən Ermənistanın bu məlumatlara sahib olması hazırkı şəraitdə region səviyyəsində bu qarşıdurmanın alovlanmasının səbəbidir. Deməli, belə nəticə almaq olar ki, hazırkı qarşıdurmaya tarixi köklər, ərazi və etnik ixtilaf səbəblərlə yanaşı, israillilərin region səviyyəsində müdaxilələri də kömək etmişdir və bu məsələ ağır nəticələrə gətirib çıxara bilər. Əgər qarşıdurma tərəfləri bu toqquşmaları idarə və kontrol edə bilməsələr, mütləq təhlükəli nəticələr yaradacaq. Baxmayaraq ki, bu toqquşmaların da qabaqkı qarşıdurmalar kimi kontrol olacağı gözlənilir. Hər halda hər iki ölkədə bunun nəticələri davam edəcək.”

Ekspert israillilərin iki ölkə arasında tarixi gərginlikdən xəbərdar olduqları halda onların arasında məlumat ötürməkdə məqsədlərinə toxunaraq deyib: “İsraillilər erməni tərəfinə imtiyaz verərək onları işğal edilmiş Fələstin ərazilərində səfirlik açmağa sövq etmək istəyirlər.

Ermənilər bu ilin mart ayında səfirlik açmaq istəyirdilər, lakin İslam ölkələrinin etirazları bu məsələni faktiki olaraq geri saldı və bu günə kimi öz məqsədlərinə nail ola bilməyiblər. Bu üzdən israillilər ermənilərə belə bir imtiyaz verməklə, onları rəğbətləndirir ki, işğal edilmiş Fələstin ərazilərində səfirlik açmaq qərarını tezləşdirsinlər.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button