ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Mironov: Deputatın Azərbaycanla bağlı dedikləri partiyanın mövqeyi deyil

 deputat qeyd edib ki,  Dövlət Dumasının deputatı Mixail Delyaqinin Azərbaycanla bağlı dediyi sözlər təhrif edilib, lakin hər nə deyibsə də, bu, siyasətçinin şəxsi fikridir və bunun partiyanın və ya onun fraksiyasının mövqeyi ilə heç bir əlaqəsi yoxdur. Çünki “Ədalətli Rusiya – Həqiqət naminə” həmişə bütün məsələlərin diplomatik yolla həllinin tərəfdarıdır.

Xatırladaq ki, bundan əvvəl Delyagin Rusiyanın federal telekanallarından birinin efirində onun fikrincə, Polşa və Azərbaycan tərəfindən ehtimal olunan təhlükələrə diqqət çəkib və sonuncunun neft sənayesinə nüvə zərbələri endirməyi təklif edib.

Bunun ardınca Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın tərəfdaşları ilə bağlı emosional bəyanatlardan çəkinməyə çağırıb.

Mironov jurnalistlərlə söhbətində bunları deyib: “Həmkarımız, fraksiyamızın deputatı, parlaq iqtisadçı Mixail Delyaqinin açıqlaması ilə bağlı heç də yaxşı olmayan hadisə baş verib. O, verilişlərin birində Azərbaycanın neft sənayesi ilə bağlı fikirlərini bildirib. Sözlərini təhrif etdilər, tamam başqa şeylər danışmağa başladılar… Demək istəyirəm ki, Mixail Delyaqinin televiziya verilişlərinin birində dediyi fikir onun şəxsi fikridir, bu, bizim fraksiyamızın və partiyamızın fikri deyil”.

Mironov əlavə edib: “Azərbaycana gəlincə, bu, bizim tərəfdaşımızdır, o cümlədən MDB məkanında… Ola bilsin ki, həmkarımız Delyaqinin həddən artıq emosional açıqlaması heç bir mənada Azərbaycan hansısa rəqib gözündə görməyimiz demək deyil. Bu, belə deyil”.

Bütün bu izahatlara rəğmən, Delayqinin Azərbaycanı təhdid etməsi Rusiya ilə strateji müttəfiqlik haqda bəyannamə ilə bağlı şübhələrə yol açıb. Ona görə də, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında bildirib ki, Moskva Bəyannaməsi gələcək inkişafı üçün vacib bir sənəddir.

Səfir vurğulayıb ki, Moskva Bəyannaməsi Azərbaycanın suverenliyi, təhlükəsizliyi üçün vacib bir anlaşmadır və bu bəyannamə beynəlxalq hüququn önəmli parçasıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button