ArxivXəbər lentiXəbərlər

Azərbaycanlı yanğınsöndürmə əməkdaşları iranlı yanğınsöndürmə əməkdaşlarının dərdinə şərik çıxıblar

Azərbaycan Respublikasının yanğınsöndürmə əməkdaşları bu gün Bakının Səbayel rayonun yanğınsöndürmə idarəsi qarşısında mərasim təşkil edərək İran İslam Respublikasındakı şəhid əməkdaşlarının xatirəsini yad ediblər.

İRİB-in Bakıdan verdiyi məlumata görə, Azərbaycanda yaşayan bir qrup iranlı və azərbaycanlı ziyalıların iştirakı ilə keçirilən bu mərasimdə yanğınsöndürmə əməkdaşları Tehranda Plasko ticarət binasında yanğın hadisəsində şəhid olanların xatirəsini yad ediblər.

Səbayel rayonu Yanğınsöndürmə İdarəsinin rəisi Etibar Nəsirov İran xalqı, dövləti və bu hadisədə həlak olanların yaxınlarının dərdinə şərik çıxaraq bildirib: Biz Tehranda bu acı hadisəni eşitməklə dost və qonşu İran İslam Respublikasında öz əməkdaşlarımızın dünyasını dəyişməsindən çox kədərləndirk və Allah-taaladan bu hadisədə həlak olanların yaxınlarına səbir diləyirik.

O həmçinin Azərbaycan Respublikası yanğınsöndürmə əməkdaşlarının hadisədə zərərçəkənlərə kömək etmək istiqamətində İran İslam Respublikası Yanğınsöndürmə Təşkilatı ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Bir qrup yanğınsöndürmə əməkdaşı da İran İslam Respublikasının Bakıdakı səfirliyinə gələrək Tehranda yanğın hadisəsində həlak olanların yaxınlarının dərdinə şərik çıxıb və öz əməkdaşları adından bu hadisə ilə bağlı İran xalqına başsağlığı verib.

İranın Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə də bu mərasimdə yanğınsöndürmə əməkdaşlarının addımını və İran səfirliyinə gəlməsini alqışlayaraq, Azərbaycan prezidenti, həmçinin bu ölkə xarici işlər nazirinin İran İslam Respublikası xalqı və dövlətinə başsağlığı verməsini də alqışlayıb və deyib: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Kəmaləddin Heydərov da bu ölkənin xilasetmə avadanlıqları, o cümlədən su şırnağı olan təyyarəni göndərməyə hazır olduğunu bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button