ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran XİN rəhbəri ukraynalı həmkarı ilə telefon danışığında PUA-larla bağlı iddialara aydınlıq gətirib

“Bizim Rusiya ilə yaxşı münasibətlərimiz var və keçmişdə müdafiə sahəsində əməkdaşlığımız olub, lakin Ukrayna müharibəsi ilə bağlı siyasətimiz ölkələrin ərazi bütövlüyünə hörmət etmək, münaqişə edən tərəflərə silah göndərməmək, müharibəni dayandırmaq və insanların didərgin düşməsinə son qoymaqdır.”

 bunu ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon danışığında deyib.

Bu söhbətdə Ukrayna böhranı ilə bağlı son hadisələr və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İranın pilotsuz təyyarələrinin Ukrayna müharibəsində istifadə edilməsi ilə bağlı irəli sürülən iddialara gəlincə, bu iddianı qətiyyətlə rədd edən Əmir Abdullahiyan vurğulayıb: “İran İslam Respublikası səkkiz il məcbur edildiyimiz müharibəni yaşayıb və bu səbəbdən Ukrayna, Yəmən və sair müharibələrinə qarşıdır.”

Abdullahiyan deyib: “İran İslam Respublikasının xarici siyasəti tamamilə aydındır, vahid standart və müharibə əleyhinə olmağa əsaslanır. Biz heç bir vasitəçiyə ehtiyac olmadan iki ölkə arasında hərbi ekspertlərin iştirakı ilə texniki görüşlər keçirməyə hazırıq.”

Əmir Abdullahiyan bəzi Qərb rəsmilərinin açıqlamalarını əsassız adlandırıb və Tehranın atəşkəsin bərqərar olunmasına kömək etmək üçün dəfələrlə göstərdiyi səylərə işarə edərək deyib: Biz atəşkəsin yaradılmasına kömək etməyə hazırıq.

Abdullahiyan əlavə edib: Mən hesab edirəm ki, Ukrayna bəzi ifrat avropalı siyasətçilərin təsirinə düşməmək üçün diqqətli olmalıdır.

Bu telefon danışığında Ukraynanın xarici işlər naziri Dmitri Kuleba İran İslam Respublikasının Ukraynaya qarşı müharibədə istifadə olunacaq silahların göndərilməməsi ilə bağlı mövqeyini yüksək qiymətləndirərək deyib: İki ölkənin hərbi-texniki heyətləri arasında dialoq vacibdir.

Kuleba xarici əlaqələrdə Ukraynanın müstəqilliyinə toxunaraq deyib: Biz başqalarının təsiri altında hərəkət etmirik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button