ArxivXəbər lentiXəbərlər

Şahindoxt Mollaverdi: “Azərbaycanla İran arasında ailə və qadın məsələləri üzrə əməkdaşlığa dair müqavilə hazırdır” Böyüt

“Azərbaycanla İran arasında ailə və qadın məsələləri üzrə əməkdaşlığa dair icra edici müqavilə (icra olunacaq proqram sənədi) hazırdır”.

Bunu APA-nın Tehran bürosuna İran İslam Respublikası prezidentinin qadın və ailə məsələləri üzrə müavini xanım Şahindoxt Mollaverdi deyib. O bildirib ki, hazırda sənədin imzalanması üçün əlverişli şərait gözləyirlər.

Ş. Molaverdi Azərbaycanla İran arasında bu sahədə əməkdaşlıq haqqında memorandumun mövcud olduğunu xatırladıb: “Memorandumun icrası ilə bağlı müqavilə imzalandıqdan sonra əməkdaşlıq geniş vüsət alacaq. Müqavilədə elmi heyətlərin, sahibkarların qarşılıqlı səfəri, iki ölkənin qadınlarının iştirakı ilə müştərək seminarların təşkili nəzərdə tutulub”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button