ArxivXəbər lentiXəbərlər

Azərbaycanda körpələrə ən çox qoyulan adlar – İLİN YEKUNU

2017-cı ildə Azərbaycanda körpələrə ən çox hansı adların verildiyi məlum olub.

“İslaminSesi.info”  Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, xəbər verir ki, bu il ərzində doğulan körpələrə qoyulan adlar arasında üstünlük yenə Yusif (2839) və Zəhraya (2700) verilib.

Doğulan körpələrə verilən adlar arasında Əli (2102), Nuray (2072), Hüseyn (1937), Zeynəb (1620), Məryəm (1619), Ömər (1582), Aylin (1508), Fatimə (1499), Məhəmməd (1423), Uğur (1423), Mələk (1426), Murad (1228), Ayxan (1091), Ayan (1076) adları da üstünlük təşkil edib.

Bundan başqa, uşaqlara ən çox verilən adlar arasında  Xədicə (892), Mədinə (923), Dəniz (1381), Leyla (854), Tunar (845), İbrahim (840), Gülay (730), İnci (731), Ümid (722), Fidan (648), Raul (630), Banu (640), Nilay (501), Əsma (474), Amin (418), Adəm (339) kimi adlar da yer alıb.

Bu il körpələrə Əsnad (248), Sevgi (202), Elif (188), Günəş (178), Nihan (138), Milana (112), Sunay (104), Selin (100), Jasmin (99), İlknur (96), Səmra (85) kimi maraqlı adlar da verilib.

Ötən ilə nisbətdə verilmə sayı artan adlardan daha çox diqqəti “Damla” adı çəkir. Bu ad ötən il 653, bu il isə 1068 körpəyə qoyulub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button