Aktual

”Münaqişənin çözülməsi üçün hər bir təklifi müsbət qarşılayırıq”

Aəzrbaycan R-ı xarici işlər naziri Elmar Məmmədyarov Türkiyəli həmkarı ilə görüşdə Minsk Qrupunun fəaliyyətlərinin nəticəsiz olduğunu və qrupun  faəliyyətindən narazı qaldığını bildirərək deyib: Münaqişənin həll edilməsi üçün hər bir ölkənin təklifini müsbət qarşılayırıq.

İRNA-nın Bakıdan verdiyi məlumata əsasən, Azərbaycan R-ı xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Əhməd Davudoğlu ilə birgə keçirdiyi mətbuat konfransında, Azərbaycan R-ı ərazisinin hələ də işğal altında olduğu üçün Minsk Qrupudan narazı qaldığnın səbəbsiz olmadığını deyərək bildirib: Minsk Qrupuna üzv ölkələrin həyata keçirdikləri fəaliyyətlərinin nəticəli olduğu təqdirdə çox sevinc keçirərdik lakin belə bir irəliləyişi əldə edilmədiyi üçün bizim bu qurpun fəaliyyətindən narahat olduğumuz istisna deyil.

O təkidlə bildirib: Biz münaqişənin çözülməsi haqda hər bir addımın atılmasına Ermənistan qüvvələrinin işğal edilmiş məntəqələrdən çıxmaları ilə start verilməsinin tərəfədarıyıq.

Türkiyə xarici işlər naziri Əhməd Davudğlu isə Minsk Qrupuna üzv ölkələrin münaqişənin həll edilməsi üçün artıq fəal yanaşmadığını xatırladaraq bildirib: Minsk Qrupu 20 il ərzində önəmli bir addım atmadığı bir halda, beynəlxalq cəmiyyət özündən sörüşmalıdır ki, Azərbaycan ərazisinin 20 faizi hansı səbəblərdən asılı olaraq işğal altında qalır?

O bu haqda Minsk Qrupunun fəal çıxış etmələrini tələb edərək deyib: Türkiyə də bu gedişatı himayə etmək üçün hazırdır.

Onun qənaətincə, əsas məsələ budur ki, münaqişə mümkün olan qısa bir zamanda və Azərbaycan Respublikası ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

Qeyd etmək lazımdır ki, Azərbaycan R-ı mediaları ötən həftə İranın XİN-nin sözçüsü Seyid Abbas İraqçı-ya istinadən, “Qarabağ münaqişəsi dincyanaşı və müzakirə yolu ilə həll olunmalıdır. Hal- hazırda Azərbaycan R-ı və Ermənistan Qarabağ münaqişəsinin Minsk Qrupu tərəfindən çözülməsinə tərəfdarlıq edirlər.   Onlar bizdən tələb etdikləri halda, biz məsələnin çözülməsini gündəmə gətirməyə hazırıq”-deyə İran diplomatının sözlərini xüsusi işıqlandırıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button