AktualAktualArxivIslammədəniyyatŞəkil​ŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycanın İrandakı səfiri Ayətullah Xameneinin Təbriz üzrə nümayəndəsilə görüşüb (FOTO)

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə Təbrizə səfəri çərçivəsində Ayətullah Xameneinin Şərqi-Azərbaycan əyaləti üzrə nümayəndəsi ilə görüşüb.

bu barədə Azərbaycanın səfiri Əli Əlizadə rəsmi tvitter hesabında yazıb.

O bildirib ki, Təbrizə səfəri çərçivəsində İranın Ali rəhbərinin əyalət üzrə nümayəndəsi höccətülislam Seyid Məhəmməd Al-Haşimlə görüşüb.

Səfir həmçinin bildirib ki, bu səfər çərçivəsində Camiətul-Mustəfa Beynəlxalq İslam Universitetinin Təbriz filialında olub, burada universitetin rəhbərliyi və azərbaycanlı tələbələrlə də görüşlər keçirib.

Səfir həmçinin tvitter hesabında yazıb ki, bu səfərdə Şərqi Azərbaycan əyalətinin valisi Zeynalabdin Xorrəmlə, Təbrizin Ticarət, Sənaye, Mədənlər palatasının məsul şəxslərilə görüşüb, habelə  əyalətdə İranın ən böyük sənaye müəssisələrindən olan Təbriz traktor zavodunda traktorların istehsal prosesi ilə tanış olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button