AktualAktualArxivXəbər lentiXəbərlər

İnqilab Rəhbəri: İslami və şiə maarifinin yayılması xalqın dövləti himayə etməsinin güclənməsinə səbəb olacaq

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei çərşənbə axşamı günü axşam çağı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşdə İran və Azərbaycanın çoxlu ortaqlıqları və yaxşı siyasi əlaqələrinə işarə edərək, deyiblər: İslami maarifin yayılması və dini təzahürlərə hörmət ümumi rəğbətə və xalqın hədələr qarşısında himayəsinə səbəb olacaq.

IRIB-nin məlumatına görə, Həzrət Ayətullahuluzma Xamenei bu görüşdə İranın Azərbaycan xalqına baxışını qardaşlıq çərçivəsində və dostluq və qonşuluqdan daha geniş adlandırıb və deyiblər ki, Azərbaycan xalqının siyasi sabitlik, təhlükəsizlik, dinclik və ümumi rifahı bizim üçün son dərəcə mühümdür və iki xalqın qəlbi anlaşmasına görə, müxtəlif bölmələrdə həmkarlıq və iqtisadi mübadilələr artmalıdır.

İnqilab Rəhbəri İran və Azərbaycan Respublikası xalqlarının məzhəbi ortaqlıqlarına işarə edərək, vurğulayıblar: Azərbaycan xalqının islami və şiə inamları çox qiymətli bir sərmayədir və hər nə qədər dövlət bu təzahür və əqidələrə hörmət edər və daha artıq iqbal göstərərsə, xalqın dövləti himayə etməsi və onun bəzi fövqəlqüdrətlərin düşmənçilikləri qarşısında müqaviməti daha çox olacaqdır.

O həzrət xalqlar arasında təkfirçi qrupların fitnəkarlıqları ilə mübarizənin islami fəaliyyətlərdən asılı olduğunu bildirərək, deyiblər: Azərbaycan məntəqəsi dini baxımdan köklü və bəzi böyük islami alimlərin meydana gəldikləri yerdir və Azərbaycan xalqı da agah və sayıq bir xalqdır ki, dövlətin dini fəaliyyətlərdə təşviqi və yardımı onun emosiyalarının cəlbində olduqca təsirlidir.

Həzrət Ayətullahuluzma Xamenei Azərbaycan Respublikası prezidentinin iki ölkəyə qarşı hədələrin əksəriyyətinin mənbəyinin vahid olmasına dair sözlərini təsdiq edərək, əlavə ediblər: İslam və şiə maarifinin yayılması hədələr və problemlər qarşısında pak İmamlar(ə)-in və Allahın lütfkarlıqlarının cəlbinə səbəb olacaq.

İran prezidentinin də iştirak etdiyi bu görüşdə Azərbaycan Respublikası prezidenti Tehran və Bakının yaxın əlaqələrinə toxunaraq, İrandakı müzakirələrini olduqca mühüm və səmərəli adlandırıb və deyib ki, müştərək mədəniyyət, din və tarix İran ilə Azərbaycan arasında dərin bağlılıq yaradıbdır.

O, iki ölkə arasında ondan yuxarı sənədin imzalanmasına toxunaraq, ikitərəfli əlaqələri qardaşcasına və çox yüksək adlandırıb və deyib: Ticarət, nəqliyyat, energetika və sənaye həmkarlıqları sahəsində yaxşı addımlar atılıb və çalışırıq ki, iki ölkə əlaqələri və birliyini bütün sahələrdə genişləndirək.

Əliyev Tehran ilə Bakını beynəlxalq məsələlərdə eyni əqidəli adlandırıb və deyib ki, İran dünyada sülh və sabitliyin bərqərarında olduqca mühüm rol oynayır və biz İranın təhlükəsizliyini öz təhlükəsizliyimiz bilirik.

Əliyev iki ölkəyə qarşı hədələrin bir mənbədən qaynaqlandığını bildirərək, deyib: Bu səfərdə razılığa gəlindi ki, İrnaın həmkarlığı ilə terrorizmlə mübarizə aparaq ki, regionda sülh və sabitlik bərqərar olsun.

O, islami dəyərlərə hörməti vurğulayaraq, Azərbaycan Respublikası dövlətinin dini xidmətlərinə toxunub və belə əlavə edib: Azərbaycanın istiqlaliyyəti dövründə iki min məscid tikilibdir ki, onların yarısı mənim məsuliyyətim dövründə olubdur.

Azərbaycan Respublikası prezidenti anti-İslam hərəkətləri məzəmmət edərək, bu ölkəyə qarşı düşmənçiliklərin səbəbini xalqın dini etiqadları adlandırıb və İslam İnqilabının Böyük Rəhbərinə xitabən belə deyib: Azərbaycanda İslam və şiəlik xalqın sevimlisidir və regionda Sizin kimi böyük şəxsiyyətin varlığı da bizə böyük güc və enerji verir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button