ArxivXəbər lentiXəbərlər

Ermənilər işğal olunmuş ərazilərdə əhalini zorla saxlayır

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artması nəticəsində yüzlərlə insan, əsasən qadınlar, uşaqlar və yaşlı insanlar öz evlərini tərk etmək məcburiyyəti qarşısında qalıblar.

Bunu jurnalistlərə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik, Cenevrədə yerləşən Qaçqınların işi üzrə Ali Komissarının İdarəsinin (QİAKİ) məlumatını çatdırarkən deyib.

“QİAKİ dinc sakinlər arasında qurbanlar, evlərin və infrastrukturun dağıldığı (ermənilərin atəşi nəticəsində mülki vətəndaşlar öldürülüb) və münaqişə zonasını tərk etmək istəyən insanların yerdəyişmə azadlığının məhdudlaşdırılması haqqında məlumat alıb”, deyə o bildirib.

Daha öncə Ermənistan ordusu Azərbaycanın işğal olunmuş ərazilərindən əhalinin gedişinin qarşısını almaq üçün blokpostlar qurmuşdu.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button