ArxivXəbər lentiXəbərlər

Siyasi məhbusların işləri ilə bağlı böyük dönüş – Leyla Yunus yenidən iş başında

Azərbaycanda 200-dən çox siyasi məhbusun olduğu bildirilir.
Azərbaycanda siyasi motivlər səbəbindən həbs olunan şəxslərin sayı kifayət qədərdir. Lakin təəssüflər olsun ki, bəzi yerli və beynəlxalq hüquq müdafiəçilərinin qərəzli fikirləri nəticəsində, həbs edilənlərin heç də hamısı “siyasi məhbus” statusu almayıb. Hökumətin təqdim etdiyi rəsmi rəqəmlərdə Azərbaycanda siyasi məhbus anlayışının olmadığı bildirilsə də, aparılan araşdırmalar bunun tam əksini söyləməyə imkan verir.

İslaminSesinin məlumatına görə, tanınmış hüquq müdafiəçisi, bir müddət öncə azadlığa buraxılan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus da, səhhətindəki problemlərə baxmayaraq ölkədəki, eləcə də, xaricdəki dostlarının köməyi ilə siyası məhbuslarla bağlı yeni siyahı hazırlayır. Bu barədə öz şəxsi Facebook hesabında jurnalist İdrak Abbasov yazıb. O, bildirib ki, ilkin məlumatlara görə hazırda Azərbaycanda 200 nəfərə yaxın siyasi məhbus var: “Bəzi qərəzli mövqe tutan şəxslər siyasi baxışlarına görə həbs olunan ölkə dindarlarını və inanclı kəsimi, eləcə də Nardaran işi üzrə tutulanları siyasi məhbus hesab etməsələr də, onların günahsızlığı hər kəsə bəllidir. “xristian Avropası” dindarları müdafiə etmək istəmir kimi cəfəng fikirlər isə nağıldan başqa bir şey deyil. Bu insaların günahsız olduqlarını, şərlənərək həbs edildiklərini, hazırda sürən məhkəmə proseslərinin bir epizodunu izləyərkən anlamaq mümkündür. Ona görə də, hər kəs siyasi məhbuslarla bağlı siyahını daha da mükəmmələşdirməsində Leyla Yunusa yardım etməlidir. Unutmyaq ki, kimlər üçünsə adi rəqəmlər olan bu siyahı insan taleyidir, insan həyatıdır!”

İdrak Abbasov bildirib ki, Leyla Yunusun gördüyü işlərlə bağlı yaxın zamanlarda mediaya geniş məlumat veriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button