ArxivFatimi yaşayişIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İsraili və himayədarlarını tənqid etdi, konqresdən qovuldu

ABŞ Demokratik Partiyasının Konqresdəki nümayəndəsi müsəlman qadın İlihan Ömər İsrail rejimini tənqid etdiyi üçün işdən qovuldu.
Əl-Aləm telekanalının məlumatına əsasən, dünən (2 fevral) Konqresdəki çıxışına qəzəbli halda İsraili tənqid etdiyi üçün xarici əlaqələr komitəsindəki vəzifəsindən ixrac edilib.
Bu məlumata görə İlihan Ömər respublikaçıların 218 lehinə, demokratların 211 əleyhinə səsi ilə konqresdəki tutduğu vəzifədən azad edilib.
İliha Ömər Somali miqrantıdır və Konqresdə ilk müsəlman qadın nümayəndə olduğu üçün həmişə ölüm təhdidi və kobudluqlara məruz qalır.
Konqresin respublikaçıları İ.Öməri “yəhudiofobik və antiamerikan” olduğu üçün bu qənaətə gəldiklərini deyirlər.
İ.Ömərin haqqında verilən bu qərar 2019-cu ildə twitter hesabındakı bir paylaşımında İsrail himayədarlarını “pulpərəst” adlandırdığı faktı ilə əsaslandırılıb.
Bu qadın haqqında səs verilən gün sionist rejim himayədarı olan respublikaçılara kinayə ilə: Hər şey onların əzizləri Benyaminə görədir – deyərək vurğulayıb: Onlar konqresdə bir müsəlman qadının səsini sevmirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button