ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Məhərrəm ayının 16-cı gününün tarixi hadisələri

Məhərrəm ayının 16-cı günü Kərbəlada İmam Hüseynin və əshabının şəhadətinin yeddinci gününə təsadüf edir. Bu gündən sonra Aşura və sonrakı proseslərlə bağlı bir sıra tarixi hadisələr yadda qalıb.

Qafqaz.ir xəbər verir ki, tarixi qeydlərə əsasən Aşuradan sonrakı həftədə İmam Hüseynin ailəsi və yaxınları Kufədə müharibə əsirləri kimi zindanda saxlanıldılar. Məlumata görə Məhərrəm ayının 15 və ya 16-da Ubeydullah ibni Ziyad Yezidə əsirlərlə bağlı məktub göndərir. Məhərrəm ayının 19-da isə İmam Hüseynin ailə üzvləri və yaxınlarının olduğu əsirlər karvanı Şama doğru hərəkət edir. Bu məşəqqətli yol azı 10 gün çəkir. Peyğəmbərin Əhli-beyti bu yolda Mosul və Hələbdən keçərək Dəməşqə aparılırlar.

Əhli-Beytin keçdiyi bu yolda sonradan onların ehtiramına “İmam Hüseyn məqamı” və ya “Rə,sul-Hüseyn” kimi müqəddəs məscidlər, məqamlar və ziyarətgahlar tikilir. Hazırda da imamın mübarək başının keçdiyi və əsirlərin ayaq basdığı bu müqəddəs məqamlar qalmaqdadır və yerli xalqlar tərəfindən ehtiramla ziyarət edilir.

İmam Hüseynin ailəsi və yaxınlarına Yezid tərəfindən onun sarayında verilən mənəvi işkəncələr haqda bir sıra tarix kitablarında danılmaz faktlar yer alıb. Həmçinin Yezidin Imam Hüseynin mübarək başına çubuqla vurması da İbni-Hibbanın Siqat əsərində detallı şəkildə gəlmişdir. Məhz bu kimi mənəvi işkəncələrin nəticəsində idi ki, İmam Hüseynin qızı Rüqəyyə xanım elə kiçik yaşında Şamda vəfat edir və hazırda da onun Dəməşq şəhərində ziyarətgahı var.

Əsirlər bir müddət Şamda saxlanıldıqdan sonra Mədinə şəhərinə göndərilirlər. İmam Səccad və həzrət Zeynəb daha sonra İmam Hüseynin Kərbəlada qürbətdə olan məzarını ziyarət edirlər və beləcə babasının dinin qorunması yolunda canından və ailəsindən keçən İmam Hüseynin məzarı bütün dünya aşiqlərinin ziyarət etmək istədikləri müqəddəs məkana çevrilir.

Hər il səfər ayının 20-də yəni İmam Hüseynin qırx mərasimində isə Kərbəlaya doğru başqa bir misli görünməmiş eşq izdihamı yaşanır. Milyonlarla insan İmam Hüseynin yoluna sadiqliyini nümayiş etdirmək üçün onun məzarı istiqamətində yolu piyada qət edirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button