ArxivXəbər lentiXəbərlər

“Azərbaycanın NATO-ya üzv olma fikri yoxdur” – AÇIQLAMA

NATO-ya üzv olan ölkələrin vahid mövqeyinə görə, Azərbaycan həm antiterror əməliyyatlarında, həm də Əfqanıstanda və digər ağır şəraitdə olan ölkələrdə həyata keçirilən sülhməramlı missiyalarda ən fəal iştirak edən ölkə kimi qəbul olunub.

 “Azərbaycanın NATO-ya üzvlükə bağlı hələ ki, heç bir fikri yoxdur. Ölkəmizin mövqeyi ondan ibarətdir ki, ilk olaraq işğal altında olan torpaqlarımız azad edilsin. Odur ki, indiki zamanda Azərbaycanın hər hansı bir hərbi bloka qoşulacağını güman etmirəm”. Bu sözləri  Modern.az-a açıqlamasında millət vəkili Fuad Muradov  ölkəmizin hərbi bloka daxil olma perspektivini şərh edərkən deyib.

Deputat qeyd edib ki, buna baxmayaraq, Azərbaycan NATO ilə istər ümumi, istər xüsusi proqramlar çərçivəsində əməkdaşlıq edir və ordumuzun nümayəndələri bu proqramlarda çox fəal iştirak edirlər:

“Ölkəmiz nəinki NATO ilə, onun mandatına uyğun hərəkət edən bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu hörmət əsasında qurulan əlaqələrə malikdir. Azərbaycan bütün beynəlxalq təşkilatlarda çox fəal iştirak edərək haqlı mövqeyini səsləndirir və bu proses bundan sonra davam edəcək. O ki qaldı Azərbaycanın Alyansa üzvlük məsələsinə, əvvəla bu, hər hansı bir ölkənin qərarı ola bilməz”-deyə F.Muradov qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button