ArxivXəbərlər

ABŞ şirkəti azərbaycanlı neftçiləri qul kimi istismar edir

“Azərbaycanlıların ədalətsiz şəkildə qul kimi işlədildiyi bu eşşəkarısı yuvasına əncam çəkilsin”.

Amerikanın “MсDERMOTT CASPIAN CONSTRACTORS” şirkətində çalışan azərbaycanlı əməkdaşlara kompensasiya verilmədən onların ixtisarına başlanılıb.

Bu barədə virtualaz.org saytına işdən çıxarılan əməkdaşların özləri məlumat veriblər.
Onlar bildiriblər ki, ixtisardan xeyli əvvəl şirkətin rəhbərliyi onları bir aylıq əmək müqaviləsi bağlamağa məcbur edib. 2002-ci ildən sonra şirkətə işə düzəlmiş əməkdaşlara kompensasiya verilməsindən isə imtina olunub.
Redaksiyamıza müraciət edən işsiz qalmış şirkət əməkdaşları bunu xahiş ediblər: “Azərbaycanlıların ədalətsiz şəkildə qul kimi işlədildiyi bu eşşəkarısı yuvasına əncam çəkilsin”.
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı bu məsələyə münasibət bildirib.
Hüquq müdafiəçisi virtualaz.org saytına açıqlamasında dedi ki, şirkətdə haqsızlığa məruz qalanlar Dövlət Əmək Müfəttişliyinə, eləcə də məhkəməyə müraciət etməlidir: “Biz onlara əmək müqaviləsini, yazılı ərizələrini təşkilata təqdim etmələrini tövsiyə etmişik. Məsələ ilə bağlı mütləq Dövlət Əmək Müfəttişliyinə müraciət edilməlidir. Neftçilər bizim təşkilata müraciət edəcəkləri təqdirdə məhkəmədə onların hüquqlarını müdafiə etməyə hazırıq”. /bugun.az/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button