Xəbərlər

“Mübarizəmiz davam edəcək”

“Dinc, demokratik mübarizəmiz qələbəyədək davam edəcək”. Bunu məhkəmədə həbsdə olan NİDA-çı Rəşadət Axundov deyib.

Yanvarın 8-də Bakıda NİDA-çıların məhkəməsi davam etdirilib. Məhkəməyə ilkin ifadə verməkdən imtina edən Rəşadət Axundov öz addımını belə əsaslandırıb:
“İfadə verməkdən imtina etməyimin səbəbi var. Həm yoldaşlarımla həmrəylik nümayiş etdirirəm, həm də mənə vurulan ittihamın qondarma olması bir tərəfə, bunu sübut edəcək heç olmasa qondarma sənəd də yoxdur”.
Rəşadət Axundov həbsini siyasi sifariş və bunu hakimiyyətin NİDA vətəndaş hərəkatına qarşı repressiyası adlandırıb.
Rəşadət Axundov dövlət ittihamçısının NİDA və onun həmin təşkilatdakı rolu barədə suallarını cavablandırıb.
O, bildirib ki, NİDA hər zaman dinc mübarizə yolunu seçib.
Rəşadət Axundov çıxışını “dinc, demokratik mübarizəmiz qələbəyədək davam edəcək” sözləri ilə bitirib.
NİDA üzvləri mart-aprel aylarında həbs olunublar.
Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi əvvəlcə onları qanunsuz olaraq partlayıcı maddə əldə etmə, saxlama, daşıma və gəzdirmədə, zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdində günahlandırıb.
Daha sonra gənclərin bir neçəsinə qarşı qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama ittihamı da irəli sürülüb. Gənclər ittihamları qəbul etmir.

sahartv

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button