ArxivXəbər lentiXəbərlər

Hacı Natiq Kərimov: QMİ-nin verdiyi fətva yanlışdır

Qafqaz Müsəlmanları İdarəsinin mübarək Ramazan ayının Bakıda keçirilən 1-ci Avropa Oyunları ilə bir vaxta təsadüf etməsi ilə bağlı fətvası birmənalı qarşılanmayıb.

Moderator.az saytı bildirir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurası Birinci Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançılarının müraciətlərini nəzərə alaraq bildirib ki, yarışlarda iştirak edən idmançılar bu ay oruc tutmaya bilər.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Nardaran Ağsaqqallar Şurasının sədri Hacı Natiq Kərimov bildirib ki, QMİ-nin verdiyi fətva yanlışdır.

Hacı Natiq Kərimov deyib: “Qafqaz Müsəlmanları İdarəsi orucun təqvimi, azanın vaxtını deməklə məşğul olmalıdır. Oruc tutmaq insanın şəxsi işidir. Belə bir məsələdə fətvanı müştehid verməlidir, əgər idman yarışı zamanı oruc tutmaq yasaq olsaydı, bu barədə müştehidlərin fikiri olardı. Bildiyimiz kimi orucu hansı halda tutmamağın qaydaları açıq-aydın götərilib və bu qaydalar yüz illərdir dəyişmir, QMİ-nin verdiyi fətva yanlışdır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button