ArxivIslamQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Xudafərin su bəndi İran ərazisindən 120 min hektarı suvara bilər

«Azərbaycan Respublikası ərazilərinin azad edilməsi Tehran-Bakı iqtisadi əlaqələrində təsirli olub».

Qafqaz.ir  xəbər verir, bu sözləri söyləyən İran İslam Respublikasının prezidenti bildirib ki, İran və Azərbaycan Respublikası Xudafərin su bəndi vasitəsilə elektrik enerjisi və su istehsalı barədə razılığa gəliblər.

Həsən Ruhani bu gün nazirlər kabinetinin iclasında sonra belə deyib: Xudafərin su bəndi barədə razılaşmanın ilkin nəticəsi, onun suyu və işığından istifadə etməyimiz oldu. Bu su bəndi bizim ərazilərdən120 min hektarı suvara bilər.

Ölkə prezidenti həmçinin Xaf-Hərat dəmiryolunun açılmasına işarə edib. Ümidvarlıq edibdir ki, bu dəmiryolu Əfqanıstanın Məzari-Şərif bölgəsinə, oradan isə Mərkəzi Asiyaya və Özbəkistana çatacaq.

İraqda bəəs rejiminin məhv edilmiş diktatoru Səddamın İrana qarşı hərbi müharibə, ABŞ prezidenti Donald Trampın isə iqtisadi savaş törətdiklərini bildirən Həsən Ruhani vurğulayıb ki, Trampın taleyi Səddamdan yaxşı olmayacaqdır.

İran prezidenti Amerikanın beynəlxalq təşkilatlardakı məğlubiyyətinə də toxunub və belə qeyd edib: Amerikalılar İrana qarşı BMT-yə və beynəlxalq təşkilatlara gəldikləri hər zaman, ənənəvi dostları onları müşayiət etməyiblər və Avropa da onların sözlərini qəbul etməyibdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button