ArxivXəbərlər

Azərbaycan İslam Partiyasınin gənclər qurumu vicdan məhbuslar ” mövzusunda elmi-praktik konfrans keçirildi

Şənbə, May 31 2014 Image Gallery Gənclər elmi-praktik konfransdaİslaminsesi.az-ın verdiyi xəbərə görə, bu gün Azərbaycan İslam Partiyasında qurumun gənclər təşkilatının təşəbbüsü ilə “İctimai-siyasi sahədə fəal gənclər vicdan məhbusları haqqında” mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransda AİP Gənclər Təşkilatının sədri Vüqar Abdullayev geniş çıxış edərək, başda AİP sədri Hacı Mövsüm Səmədov olmaqla, partiyanın daha bir neçə üzvü və haqsız həbs olunan digər məhbuslar, bu həbslərin saxta motivləri barədə geniş məlumat verdi. Gənclər təşkilatının sədri çıxışında ölkənin ictimai-siyasi həyatında gənclərin oynadığı mühüm rolu qeyd etdi. O, cəmiyyətimizdə azad fikirli, mübariz gənclərin fəaliyyətinin genişlənməsini sevindirici hal kimi qiymətləndirərək, hakimiyyət tərəfindən bu cür gənclərə qarşı qoyulan məhdudiyyətlərdən danışdı. Müxtəlif saxta ittihamlarla həbs olunan ziyalı gənclərə bu gün cəmiyyətin siyasi həyatında nə qədər böyük ehtiyac duyulduğunu qeyd edən natiq, belə insanların azadlığının əllərindən alınmasının cəmiyyətə vurduğu zərərdən danışdı: “Onların həbsə məruz qalması yeri doldurulmayacaq boşluqların yaranmasına gətirib çıxarıb ki, bunun nəticəsində də təxribatçı qüvvələrin meydana gəlib öz ziyanlı təbliğatlarını aparması üçün münbit zəmin yaranıb. Biz buna imkan verməməliyik. Öz fəaliyyətimizi genişləndirməklə sübut etməliyik ki, biz gənclər vicdan məhbuslarının davamçıları olaraq mübarizəmizi qətiyyətlə davam etdiririk” İslam məhbuslarının vəziyyəti, fiziki və mənəvi durumu barədə məlumat vermək üçün söz AİP sədr əvəzi Hacı Elçin Manafova verildi. Günahsız yerə həbsə atılmış islamçıların mübarizə ruhiyyələrini qoruyub saxladıqlarına və bunu Allahın bir sınağı kimi qəbul etdiklərinə diqqəti cəlb edən hacı Elçin bu konfransın növbəti sivil addımlara, fəal mübarizəyə təkan olacağına ümid etdiyini bildirdi. Gənclərin bu gün üzərinə düşən məsuliyyətlərdən danışan natiq, məhbusların müdafiəsi üçün hamının öz səylərini ortaya qoymağın vacibliyini dilə gətirdi. İslamçıların müdafiə komitəsinin sədri Kərbəlayi Natiq Kərimov belə bir aktual məzmunda konfransın təşkil olunmasını yüksək qiymətləndirdi. Dini fəalların həbsinin iki kateqoriyaya- siyasi və vicdan məhbusuna aid olduğunu diqqətə çatdıran komitə sədri Hacı Mövsüm Səmədovun, Tale Bağırovun, Hacı Abgül Süleymanovun vicdan məhbusları olduqlarını vurğuladı. Məhbusların siyahısının AŞPA-da qəbul edilməməsinin əsas səbəbinin dövlətin təzyiqləri olduğunu deyən Kərimov həbs olunan dindarların hüquqlarının müdafiə komitələrinin fəaliyyətlərini qənaətbəxş hesab etmədiyini bildirdi: “Bu gün bütün müdafiə komitələri vahid güç mərkəzində birləşməlidir. Əks halda heç bir nəticə əldə olunmayacaq. Biz ancaq məhbuslara həbsxana şəraitində edilən təzyiqlərin qarşısını almağa nail ola bilmişik. Bu yönümdə bizə yardımçı olan Qırmızı Xaç təşkilatının səylərini yüksək qiymətləndirirəm.” AİP-in Siyasi məsələlər üzrə sədr müavini Hacı Akif Heydərli Azərbaycan cəmiyyətində “cinayətsiz cəza” faktını təəssüfediçi reallıq kimi qiymətləndirdi: ”Çünki bu, hakimiyyətin marağında olan bir prosesdir. Bu cür mənfi halların təəssübkeşlik olmadan aradan qaldırılması mümkünsüzdür.” Natiq AİP sədri Mövsüm Səmədovun çıxışındakı siyasi, mənəvi mötivlər əsasında qurulan saxta həbs prosesini xatırladaraq, bütün bunların başlıca səbəbinin hakimiyyətin özünü müdafiə tədbirləri olduğunu bildirdi: ”Biz keçən il Azərbaycan qanunlarına uyğun olaraq, prezident seçkilərinə qoşulduq və cəmiyyətin istəyi ilə Hacı Mövsümün sənədlərini seçki kompaniyasına təqdim etdik. O, cinayətkar deyil. Hakimiyyətin idarəetmədə mövcud qüsurlarını dilə gətirdiyi üçün həbs edilib. Hakimiyyətin sənədləri niyə qəbul etməməsi haqda susqunluğunu da məhz razılıq əlaməti olması kimi qəbul etdik. Daha sonra ADP sədrinin təşkilat məsələlər üzrə müavini Rəşid Mansurova söz verildi. O, ədalətsiz quruluşun davam etməsində təkcə hakimiyyətin yox, həm də cəmiyyətin münbit şərait yaratmasını vurğulayaraq, xalqın etiraz etməməsini, zülmə qarşı ayağa qalxmamasını haqsızlıqların baş verməsinin əsas səbəbi kimi izah etdi. Ədalətsiz cəmiyyətdə insana şərəf gətirməyən simasızların mövcudluğunu təəəssüflə dilə gətirdi. Siyasi fikirlərinə görə günahsız həbs olunan insanların adının sabah Azərbaycanın tarixində qızıl hərflərlə yazılacağını bildirən çıxışçı islam tarixinə nəzər saldıqda bütün bəşərin ədalət axtardığını, cəmiyyətdə olan narazılıqların kökünün sosial və ideoloji məsələlər olduğunu, ən başlıca səbəbin isə mənəviyyatsızlıqdan irəli gəldiyini qeyd etdi. Bu gün siyasi sistem dəyişikliyinə böyük ehtiyac olduğunu deyən natiq, əfv fərmanının günahsız yerə tutulanlara şamil edilməməsinin ədalətsiz olduğunu, ölkə iqtidarının tutduğu bu mövqeyi dəyişməyəcəyi təqdirdə, bu halın yaxın gələcəkdə zorakılıq mühitinin yaranmasına gətirib çıxaracağını söylədi.

Image 1 Image 3 Image 4 Image 5

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button