ArxivXəbər lentiXəbərlər

Almaniyada kürdlər türklərə qəfil hücum etdi-VİDEO

Bu gün səhər saatlarında Almaniyanın Hannover-Langenhagen hava limanında bir qrup kürd mənşəli mühacir Türkiyə əleyhinə aksiya keçiriblər.

Vetenugrunda.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, icazəsiz aksiya keçirən PYD və PKK terror təşkilatının fanatları əllərində PKK bayraqları ilə türkiyəli sərnişinlərə qəfil hücum ediblər.

Nəticədə kürdlərlə türklər arasında əlbəyaxa dava başlayıb.

Polisin müdaxiləsindən sonra insident aradan qaldırılıb. Hannoversche Allgemeine məlumat verir ki, polis təqribən 20 nəfərə qarşı bibər qazından istifadə edib. Qarşıdurmanın iki iştirakçısı saxlanılıb. Almaniya KİV-in verdiyi xəbərə görə, qarşıdurma nəticəsində 2 nəfər yaralanıb. Alman polisi isə münaqişədə 180 nəfərin iştirak etdiyini və hadisə nəticəsində Türkiyəyə qalxan təyyarənin yarım saatan çox gecikdiyini bildirib.

Qeyd edək ki, PKK terrorçularını dəstəkləyən kürdlər ötən gün Almaniyada iki məscidə də hücum ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button