ArxivXəbər lentiXəbərlər

SOCAR-ın nümayəndə heyəti Tehranda beynəlxalq sərgidə iştirak edir

SOCAR-ın nümayəndə heyəti Tehranda beynəlxalq sərgidə iştirak edir.

Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İran İslam Respublikasının paytaxtı Tehran şəhərində “İran Oil Show – 2017” XXII neft-qaz, neft emalı və neft kimyası sərgisi işə başlayıb. Sərgidə Azərbaycan, Rusiya, Çin, ABŞ, Almaniya, Fransa, İtaliya, Yaponiya, İspaniya, Koreya Respublikası, Türkiyə, Avstraliya da daxil olmaqla, dünyanın 37 ölkəsindən 1500 xarici və 2500-dək yerli şirkət iştirak edir.

Rəsmi açılış mərasiminə İranın birinci vitse-prezidenti Pərviz Davidi, neft naziri Bijən Namidar Zəncənə, sərginin əsas təşkilatçısı – İran Milli Neft Şirkətinin icraçı direktoru Əli Kardor və digər rəsmi şəxslər qatılıblar.

Sərgidə SOCAR-ın stendi böyük maraq doğurub. SOCAR-ın nümayəndələri iştirakçılara Azərbaycanın neft və qaz sənayesində baş verən yeniliklər, əldə olunan uğurlar, şirkətin ölkə daxilində və beynəlxalq layihələrdə rolu barədə ətraflı məlumat veriblər. Həmçinin müxtəlif şirkət nümayəndələrinin SOCAR-la əməkdaşlıq imkanları nəzərdən keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button