ArxivXəbər lentiXəbərlər

Rusiyanın təlim keçdiyi “İŞİD ovçuları” adlı xüsusi təyinatlılar 250 vəhhabi terrorçunu əsir götürdü – Foto

Suriya ordusu Havicə Kate adasının azad edilməsi əməliyyatı zamanı 250 vahhabi terrorçusunu əsir götürüb.

 

Məğlubiyyətə uğrayan terrorçular geri çəkilərək dinc əhalinin yaşadığı rayondakı evlərdə gizlənməyə çalışıblar. Suriya ordusunun təslim olmaq barədə bir neçə təklifindən imtina etdikdən sonra onlar hücum nəticəsində ələ keçiriliblər.

Dinc əhali arasında itkilər olmasın deyə Suriya ordusu artilleriya və aviasiyadan istifadə etməyib. Əməliyyatı həyata keçirmək üçün Rusiya instruktorlarının hazırladığı xüsusi təyinatlılardan ibarət “İŞİD ovçuları” adlı batalyon adaya gətirilib.

“İŞİD ovçuları” adanın mərkəzi və cənubi hissəsində terrorçuların müqavimətini mətinliklə qırıblar. Terrorçuların gecə qayıqlarla adadan qaçmaq cəhdinin qarşısı pulemtot atəşi ilə alınıb.

Havicə Kate adası terrorçulardan tam təmizlənib.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button