ArxivXəbərlər

Azərbaycan yenə mətbuatı azad olmayan ölkələr sırasına salındı

img1456418

Hesabata görə mətbuat 63 ölkədə azad, 68 ölkədə isə qismən azaddır.

Beynəlxalq hüquq-müdafiə təşkilatı olan “Freedom House” dünyada media azadlılarının vəziyyətinə dair yeni hesabat açıqlayıb. Musavat.com-un məlumatına görə, hesabatda ötən il ərzində dünyada ümumən mətbuat azadlığının zəiflədiyi bildirilir.
Mətbuat cəmi 63 ölkədə azad, 68 ölkədə isə qismən azaddır. Ən betər durum Avrasiyadadır. Materik əhalisinin 97 faizi KİV-ləri qeyri-azad olması şəraitində yaşayır.
Təəssüf ki, Azərbaycan 84 balla yenə media azadlığı olmayan ölkələr sırasında yer alıb. Ötən il ölkəmizin reytinqi 82 idi. Bu, o deməkdir ki, Azərbaycanda mətbuat azadlığının vəziyyəti daha da pisləşib. Ermənistan üçün göstərici 61 (ötən il 60 olub), Türkiyə üçün 62, Ukrayna üçün 63, Rusiya üçün isə 81 olub. Sadalananlar da media azadlığı təmin edilməyən ölkələr sırasındadır.
MDB ölkələrindən yalınız Gürcüstanın (49) mətbuatı qismən azad hesab edilib. Media reytinqi ən pis ölkələr isə Çin, Belarus, Kuba, Şimali Koreya, Türkmənistan və Özbəkistandır./Bugun.az/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button