ArxivXəbər lentiXəbərlər

Çeçenistanda Rusiya Qvardiyasının hərbçilərinə hücum: Ölən və yaralananlar var

Çeçenistanda Rusiya Qvardiyasının hərbi hissəsinə hücum edildi.

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Rusiya Federasiyası Çeçenistan Respublikasında terrorçular Rusiya Qvardiyasının hərbi hissəsinə hücum ediblər. Bu haqda Milli Anti-terror Komitəsi məlumat verib.

Hücum nəticəsində Rusiya Qvardiyasının 6 hərbçisi həlak olub, 3-ü isə yaralanıb. Onlardan biri başından yaralanıb və ağır vəziyyətdədir, digər iki hərbçi isə ayaqlarından yaralanıblar. Xəsarət alanlar Qroznı şəhərindəki hospitala aparılıblar.

Hadisə bu gün yerli vaxtla gecə saat 2.30 radələrində baş verib. 6 silahlı şəxs Naur rayonunda yerləşən 3761 nömrəli hərbi hissənin 140 saylı artilleriya alayının ərazisinə soxulmağa cəhd ediblər. Güclü duman var idi, terrorçular hava şəraitindən istifadə etməyə çalışıblar. Lakin hərbçilər cinayətkar dəstəni aşkar edərək, onunla döyüşə girib.

“Baş vermiş toqquşmalarda dəstənin bütün üzvləri zərərsizləşdirilib. Onların üzərində odlu silah və hərbi sursatlar aşkar edilib. Terrorçulardan ikisinin üzərində isə canlı bomba kəmərləri aşkar edilib.”

Terrorçuların məhv edilməsi əməliyyatının əsasə fazasının sona çatdığı qeyd edilir.

Ərazi mühasirəyə alınıb. Baş verən insidentin səbəblərinin müəyyən edilməsi üçün Çeçenistana Rusiya Qvardiyasının Mərkəzi Aparatının əməliyyat qrupu göndərilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button