ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Bu gün Məhərrəm ayının üçüdür, günün tarixi hadisələri

Bu gün hicri-qəməri təqvimi ilə 1443-cü ilin Məhərrəm ayının üçüdür. Bu gündə tarixdə Aşura faciəsinə gətirib çıxaran bir sıra hadisələr baş verib.

Qafqaz.ir xəbər verir ki, artıq iki gündür Azərbaycan da daxil olmaqla regionun və dünyanın bir sıra ölkələrində Məhərrəm ayı və Aşura faciəsi ilə bağlı əzadarlıqlar keçirilir. Son iki gündə Bakı məscidləri də daxil olmaqla ölkəmizin əksər məscidləri koronavirus pandemiyası ilə bağlı qaydalara əməl etməklə təziyə və əzadarlıq məclislərinin şahididir.

Bu məclislərin 1400 ildir keçirilməsi hadisənin dərin fəlsəsi mahiyyəti, oradakı həqiqətlərin əbədiliyi və ölməzliyi ilə bağlıdır. Hər il Məhərrəm ayı gələndə bir çoxları eyni sualı verərək, “niyə biz 1400 il öncə baş verən hadisəyə təziyə tuturuq” deyə bilərlər. Əvvəla bunu qeyd etmək lazımdır ki, şəhid edilən imamdır və burada imamət məqamına inanmayan şəxsə sözügedən təziyələr də bir qədər qəribə gələ bilər. İkinci isə İmam Hüseynin 70 nəfərdən ibarət tərəfdarları, ailəsi və körpələri ilə birgə sayı on minlərlə olan ordunun qarşısına çıxması, onun dönməzliyinin, hədəf və məqsədlərinə inamının göstəricisidir. Aşuranın fəlsəfi mahiyyətini anlamaq istəyən, imamın “Mənim kimisi Yezid kimisinə beyət etməz” və ya “Əgər Məhəmmədin dini mənim ölümümlə diriləcəksə onda ey qılınclar alın məni ağuşunuza!” kimi kəlamlarını diqqətlə oxumalıdır. Bundan savayı min il keçməsinə baxmayaraq, insanların hər il bu təziyələrə rəğbət bəsləməsi onu göstərir ki, insan övladı məzlumun zülmə qarşı mübarizəsini bəyənir və onu seçmək istəyir. İnsan övladı axı necə 1400 il birini yaşada bilər. Yşadırsa deməli, həmin hadisə fövqəladə bir hadisədir ki, insanları hər il qəmləndirir və kədərləndirir. Azərbaycan xalqı da məzlumun zalıma qarşı mübarizəsini seçir və ondan ilhamlanaraq zalıma boyun əymir və işğal kimi məsələlərlə barışmır. Ona görə qeyd edilir ki, bu gün Azərbaycanda hər il Məhərrəm ayının keçirilməsi özü göstərir ki, İmam Hüseyndə digərlərində olmayan özəllik var. Əbəs deyil ki, İmam Hüseyndə şəhidlərin ağası deyilir və bu gün bizim şəhidlərimizin örnəyi də məhz odur.

Günün tarixi hadisələrinə gəldikdə isə demək lazımdır ki, Məhərrəm ayının ikisində imam Kərbəla çölünə çatdı. Üçündə isə artıq Yezid ibni Müaviyənin İraq valisi Ubeydullah ibni Ziyadın sərkərdələrindən biri mər Ömər Sədin başçılıq etdiyi beş minlik ordu Kərbəlaya yollandı. Məhz bu gündən sonra İmam Hüseynin 70 nəfərlik karvanına qarşı hərbi addımlar atılmağa başladı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button