ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İsrail Türkiyədəki diplomatlarını geri çağırıb

Xarici işlər naziri Türkiyə ilə münasibətlərini yenidən qiymətləndirəcəklərini deyir

İsrailin xarici işlər naziri Eli Koen Türkiyədəki diplomatik nümayəndələrin münasibətləri yenidən qiymətləndirmək üçün geri çağırıldığını açıqlayıb. İsrailli nazir Türkiyə siyasi rəhbərliyinin, xüsusən də ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın son bəyanatları fonunda ikitərəfli münasibətləri yenidən qiymətləndirmək üçün belə addım atıldığını bildirib.
Bu barədə E.Koen „X“ (Twitter) hesabında yazıb.
“Türkiyədən gələn kəskin bəyanatları nəzərə alaraq, İsrail və Türkiyə arasındakı münasibətləri yenidən qiymətləndirmək üçün diplomatik nümayəndələrin geri qayıtmasına göstəriş verdim”,-deyə baş diplomat qeyd edib.
İsrail Türkiyədəki vətəndaşlarından oktyabrın 18-də ölkəni tərk etmələrini istəyib. Növbəti gün isə Təl-Əviv Türkiyə də daxil olmaqla, region ölkələrindən diplomatlarını geri çağırıb.
Oktyabrın 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “Böyük Fələstin Mitinqi”ndə İsraili dövlət saymadığını bəyan edib: “İsrail dövlət deyil, təşkilatdır. Hamı bilir ki, İsrail bölgədə yeri gələndə qurban verilə bilən sadəcə bir piyadadır. İsrail Qərbə qarşı bir addım ata bilməz, cəhd etsə belə, Qərbin dəstəyi olmadan üç gün davam edə bilməz”.
Türkiyə Prezidenti bölgə dövlətlərini birlikdə hərəkət etməyə çağırıb:
“Bu bölgədə hamımız birlikdə hərəkət etməliyik. Əks halda, hamının bir-birinin ardınca eyni aqibətlə üzləşməsi qaçılmazdır. Krımdan Qarabağa, Bosniyadan Kərkükə, Fələstindən Türküstana, Əfqanıstandan Çeçenistana qədər bir çox bölgələrin sakinləri üçün göz yaşı tökdük”.
Rəcəb Tayyib Ərdoğan Qərb dövlətlərini də hədəfə alıb:
Mən Amerika, Avropa və onların Qərbdəki bütün piyadalarından danışıram. Qəzzada törədilən qırğına görə ən böyük məsuliyyəti Qərb daşıyır”.
2016-cı ildə Mavi Mərmərə basqınından sonra İsrail-Türkiyə arasında əldə olunan razılaşma ilə normallaşan münasibətlər 2018-ci ildə fələstinlilərin “Böyük Qayıdış” etirazları zamanı yenidən pisləşmişdi. Həmin ilin mayında Qəzzada İsrail və fələstinli qruplar arasında baş verən 11 günlük qarşıdurma zamanı Prezident Rəcəb Tayyib Ərdoğan İsraili “terrorçu dövlət” olmaqda ittiham etmişdi.
İsrail Prezidenti İsaak Hersoq 9 mart 2022-ci ildə Türkiyəyə gələrək Ərdoğanla görüşdü. Türkiyə dövlət başçısı İsraillə “siyasi dialoqu canlandırmağı” hədəflədiyini və oktyabrın 6-da Ankaranın 4 ildən sonra Təl-Əvivə səfir təyin etdiyini bildirdi.
HƏMAS-ın 7 oktyabr hücumundan əvvəl, sentyabrın 26-da R.T.Ərdoğan sentyabrın 20-də ABŞ-da görüşdüyü İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyəyə gələ biləcəyini demişdi. Son hadisələrdən sonra Türkiyə dövlət başçısı “HƏMAS terror təşkilatı deyil, mücahidlər qrupudur” deyərək, “İsrailə getmək üçün layihəmiz var idi, ləğv olundu, getməyəcəyik”,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button