ArxivXəbər lentiXəbərlər

Azərbaycan vətəndaşı Moskva aeroportunda bir milyon ilə saxlanıldı

Moskvanın Şeremetyevo gömrük xidmətinin əməkdaşı Gömrük İttifaqı sərhəddini 1 milyon 701 min 300 dollar ilə keçmək istəyən Azərbaycan Respublikası vətəndaşını saxlayıb.

Bu barədə “Rosbalt” bildirib.

Rusiya Federasiyası Federal gömrük xidmətinin mətbuat xidmətindən bildiriblər ki, “qırmızı dəhlizdə” müfəttiş Dubaydan gələn sərnişini saxlayıb.

Sərnişin müfəttişə 1 milyon, min üç yüz dollar üçün gömrük dekalarasiyası təqdim edib. Deklarasiya edilməmiş pulların məbləği 700 min dollardan ibarət olub, bu isə gömrük qanunvericiliyi ilə icazə verilmiş nağd pul vəsaitindən beş dəfə artıqdır.

Vətəndaşa qarşı RF Cinayət Məcəlləsinin m. 200.1, b.2 “a” (“Nağd pul vəsaitinin və ya pul alətlərinin qaçaqmalçılığı”) üzrə cinayət işinin qaldırılması məsələsi həll edilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button