ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran Parlamenti bəyanat yaydı:Bölgədə hər hansı geopolitik dəyişiklik İslam Respublikasının qırmızı xəttidir

İran İslam Şurası Məclisi bəyanat yayaraq bölgədə geopolitik dəyişikliyin yolverilməz olduğunu vurğulayıb.

Qafqaz.ir-nin məlumatına əsasən, bəyanatda deyilir: “Bölgədə hər hansı geopolitik dəyişiklik və qonşu ölkələrin sərhədlərinin dəyişdirilməsi İran İslam Respublikasının qırmızı xəttidir və biz əcnəbilərin hər bir hərəkətinin qarşısını alacağıq.”

Bəyanatda sonra qeyd olunur: “ Qonşu ölkələrdə sionist rejimin hərəkətlərinə dözməyəcəyik. Xeybər Fatehləri hərbi təlimlərinin də Araz çayı boyunca keçirilməsi sülh və qüdrət mesajı olmaqla yanaşı sionist rejimə xəbərdarlıqdır.

Bizim qonşu ölkələrlə; o cümlədən qardaş Azərbaycan Respublikasının müsəlman xalqı və dövləti ilə əlaqələrimiz davamlı və sabitdir. Ona görə də düşmənlərin və qondarma İsrail rejiminin təfriqə və fitnə salmaları bu qardaşlıq və vəhdəti sarsıda bilməyəcək. İran xalqı heç zaman bölgənin təhlükəsizliyi və ölkənin maraqlarına qarşı təcavüzlərin qarşısında susmayacaq. İran İslam Respublikası qonşu ölkələrlə; o cümlədən Azərbaycanla dinc yanaşı qonşuluq siyasətində öz qardaşlığını sübut edib. Belə bir şəraitdə bəzilərinin təfriqəçi və fitnə salan çıxışları dinc yanaşı qonşuluq prinsipinə ziddir. Azərbaycandan istənilir ki, tezliklə fitnələrin və təfriqəli rəftarların qarşısını alsın. Biz deputatlar Xeybər Fatehləri hərbi təlimlərinin keçirilməsini dəstəkləyir və Xarici İşlər Nazrliyindən istəyirik ki, millət vəkillərinin xəbərdarlığını Qafqaz hövzəsindəki oyunçu dövlətlərin diqqətinə çatdərsın.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button