AktualAktualArxivXəbər lentiXəbərlər

Aşura məktəbi, Azərbaycanda 70 illik anti-din təbliğatını məhv etdi

Ali Məqamlı Rəhbərin Ərdəbil Azad İslam Universitetində ofisinin rəhbəri deyib: “70 illik anti-din təbliğatı ilə üzləşməsinə baxmayaraq öz əslini və kimliyini qorumuş Azərbaycanın müsəlman xalqı Sovetlər Birliyinin zəifləməsini hiss edən kimi İran İslam Respublikasının sərhədlərinə tərəf axışdılar, Araz çayının qırağında “Allahu Əkbər”, “La ilahə illəllah” şüarları səsləndirdilər və öz əsillərini, tarixi vətənlərini unutmadıqlarını nümayiş etdirdilər”.

Qafqaz Mədəniyyət Mərkəzi – Ali Məqamlı Rəhbərin Ərdəbil Azad İslam Universitetində ofisinin rəhbəri höccətül-islam Həmid Vahidzadə “Əbsarnews”in müxbiri ilə müsahibəsində 19 Yanvarı Azərbaycanın müsəlman xalqının əziz İslam dini və öz tarixi vətənlərinə, yəni İran və İslam İnqilabına eşq və sevginin təzahürü günü adlandıraraq deyib: “25 il öncə 1990-cı ilin yanvar ayında sosialist sovet hökumətinin axırlarında İran və SSRİ sərhədlərində böyük hadisə baş verdi və bu 19 Yanvar hadisəsini yaratdı. 70 illik anti-din təbliğatı ilə üzləşməsinə baxmayaraq öz əslini və kimliyini qorumuş Azərbaycanın müsəlman xalqı Sovetlər Birliyinin zəifləməsini hiss edən kimi İran İslam Respublikasının sərhədlərinə tərəf axışdılar, Araz çayının qırağında “Allahu Əkbər”, “La ilahə illəllah” şüarları səsləndirdilər və öz əsillərini, tarixi vətənlərini unutmadıqlarını nümayiş etdirdilər”.

  1. Vahidzadə Azərbaycan xalqının belə bir günün intizarında olduqlarını qeyd edərək artırıb: “Onlar repressiyadan azad olduqları üçün çox sevinirdilər. 19 yanvar günü onlar tikanlı məftilləri qırdılar və özlərini soyuq qış günündə Araz çayına vuraraq İran torpağına qədəm qoydular”.

O vurğulayıb: “Azərbaycan müsəlmanları “Allahu Əkbər”, “La ilahə illəllah” şüarları səsləndirməklə 70 il İslam, İran və İmam Hüseynə (ə) sevgi ilə yaşadıqlarını, İrana, məscid və dindarlığa həsrət qaldıqlarını nümayiş etdirirdilər”.

Din təbliğçisi çıxışında Azərbaycana dini təbliğ məqsədilə səfərlərindən söz açaraq deyib: “Bir müddət onların arasında qaldığım üçün azərbaycanılı müsəlman bacı-qardaşlarımın hislərini çox yaxşı dərk edirəm. Onlar sonsuz çətinliklə öz dinlərini qorumuşdular”.

“Azərbaycanın müsəlman xalqı bu inqilabi hərəkətləri ilə özlərinin islami və irani kimliklərinə bağlı olduqlarını, öz əsillərini Arazın bu tayında axtardıqlarını göstərdilər. Sovet hökuməti üçün bu məsələ çox ağır gəldi. Ona görə də həmin günün səhərisi 20 yanvar tarixində Azərbaycan xalqını qana boyadı. Belə ki, təqribən 135 nəfər həlak oldu və 700 nəfər yaralandı”-deyə, Vəhidzadə bildirib.

19 yanvarın “Dünya Müsəlman Azəriləri Günü” adlanmasının dünya müsəlman azəriləri üçün dönüş nöqtəsi olacağını vurğulayan Vəhidzadə deyib: “Azərbaycan xalqı 70 il ağır repressiyadan sonra İran torpaqlarına ayaq basan kimi İmam Hüseyn (ə) bayrağına tərəf getdilər. Bunun mənası odur ki,yəni biz heç vaxt İmam Hüseyni (ə) unutmarıq. Onlar Qurana tərəf qaçdılar, yəni heç vaxt vəhyi unutmarıq, məscidə tərəf getdilər, yəni bizim əsl məramımız ibadət və bəndəlikdir, biz müsəlmanıq. İrana tərəf gəldilər ki, öz əsilləri olan tarixi vətənlərini unutmadıqlarını göstərsinlər”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button