ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Sovetski sakinlərinə yenə vəd verilib

Bakının keçmiş sovetski məhəlləsinin bir qrup sakini aprelin 2-də Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinin binası önündə toplaşıblar.

Sakinlər onlara ödənilməli olan kompensasiyaların verilməsini tələb edirlər.

Sakinlərdən bəziləri Yasmal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun qəbulunda olublar.

Görüşdən çıxan qadın sakinlərdən biri orada toplaşanlara deyib: “İcra başçısı bizə dedi ki, bütün məsələləri həll etməyə çalışırlar, Nazirlər Kabinetinə, Maliyyə Nazirliyinə məktublar göndərilib. Həmin məktublara cavablar gözlənilir. O dedi ki, yaxın 10-15 gündə məktublara cavab veriləcək”.

Keçmiş sakinlərin bir çoxu isə bu cavaba narazılıq edərək, xeyli vaxtdır ki, eyni sözləri eşitdiklərini, amma prorblemlərinin hələ də həll olunmadığını bildirib.

Sovetskidə söküntülər 2013-cü ildən başlayıb. 2015-ci ildə manat dollara nisbətdə iki dəfədən çox dəyər itirsə də, sakinlərə devalvasiyadan öncəki dəyərlə pul ödəyiblər. Odur ki, keçmiş sovetski sakinləri onlara kompensasiya ödənilməsini tələb edirlər.

rakurs.tv

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button