ArxivXəbər lentiXəbərlər

İsrailli sabiq nazir İrana casusluq ittihamı ilə həbs edildi

İsrailli sabiq nazir Gonen Segev İrana casusluq etmək ittihamı ilə həbs edilib. FaktXəbər “Sputnik”ə istinadən bildirir ki, bu barədə ictimaiyyətə İsrailin daxili kəşfiyyat xidməti olan “Şin Bet” məlumat verib.
Məlumata görə, 1990-cı illərdə hökumətdə vəzifə alan və son illərdə Nigeriyada yaşayan Gonen Segev turist kimi getdiyi Ekvatorial Qvineyasında həbs olunaraq İsrailə ekstradisiya edilib.
İsrailin sabiq naziri müharibə dövründə düşmənə yardım göstərmə və İsrailə qarşı casusluq fəaliyyətini icra etməkdə ittiham olunur. Son illərdə Nigeriyada yaşayan keçmiş nazirin 2012-ci ildən başlayaraq İran kəşfiyyatıyla əməkdaşlıq etdiyi və keçmiş əlaqələrindən istifadə edərək İsraillə bağlı müxtəlif məlumatları Tehrana ötürdüyü iddia edilir.
İsrail tərəfi həmçinin hesab edir ki, Gonen Segev əsasən enerji bazarı, müdafiə qurğuları, hökumət və təhlükəsizlik əməkdaşları haqqında məlumatları İrana sızdırıb.
Buna qədər Hollandiyadan İsrailə 30 min narkotik həb gətirməkdə ittiham olunan sabiq nazir 2005-ci ildə yerli məhkəmə tərəfindən 5 il həbsə cəzası almışdı. Segev, 2 il həbsdə qaldıqdan sonra 2007-ci ildə sərbəst buraxılmışdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button