ArxivSONXƏBƏRLƏRSosialTarixXəbər lentiXəbərlər

20 ildən sonra ciddi suallar cavabsız qalıb-TƏHLİL

2001-ci il sentyabrın 11-də bəşər tarixində ən amansız terror hadisələrindən biri baş verdi və bütün dünyanı sarsıltdı. Eyni zamanda bu hadisə bütün dünya üçün bir dönüş nöqtəsi oldu. 20 il öncə 11 sentyabrda terrorçular tərəfindən eyni vaxtda 4 sərnişin təyyarəsi qaçırıldı. Həmin təyyarələrdən ikisi Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin iki qülləsinə çırpılıb, göydələnləri yerlə yeksan etdi. Digər bir təyyarə dünyada ən yüksək səviyyədə qorunan binalardan sayılan Pentaqona istiqamətləndirilib, onun bir hissəsini uçurdu. Ağ Evə istiqamətləndirilən 4-cü təyyarə isə sərnişinlərin müdaxiləsindən sonra düzənlikdə qəzaya uğradı. Maraqlıdır ki, təhlükəsizlik sisteminin mükəmməlliyi ilə dünyada ad çıxarmış ABŞ bu hadisənin qarşısını ala bilmədi, yaxud da almadı!

Terror nəticəsində 3 minə yaxın insan həyatını itirdi. Amma bu qanlı cinayəti törədənlərin kimliyi, terrorun gerçək müəlliflərinin kimlər olması hələ də bir müəmma olaraq qalmaqdadır. ABŞ rəsmən hücumların təşkilində “əl-Qaidə” terror təşkilatı və onun lideri Üsamə bir Ladeni günahlandırdı. Və dolayısıyla, bəlkə də elə birbaşa şəkildə islamofobiya meyllərininə təkan verib, cinayətin “islamçı terrorçular” tərəfindən törədildiyini bəyan etdi. Özü də hələ dəlil-sübut aşkar olunacağından çox-çox əvvəldən!..

11 sentyabr terrorundan dərhal sonra ABŞ-ın o zamankı prezidenti Corc Buş terrorizmə qarşı savaş şüarı ilə İngiltərə və NATO-dakı digər müttəfiqləri ilə birlikdə Əfqanıstana hücum çəkdi. Özünün yardımıyla hakimiyyətə gətirilən “Taliban” rejimini devirib, Əfqanıstanda özünün iradəsinə uyğun yeni hakimiyyət qurdu.Ən maraqlısı, 11 sentyabr terrorundan “ruhlanıb” ABŞ Rusiyanın “qulağı dibində” olan Mərkəzi Asiya dövlətlərində, keçmiş SSRİ respublikalarında hərbi bazalarını qurdu.

Vəziyyəti elə diktə etdi ki, Rusiya da buna “yox” deməyə söz tapmadı. Əksinə, bu işdə ABŞ-la əməkdaşlıq belə etdi. Bu minvalla ABŞ “antiterror koalisiyası” adı ilə bir çox dövlətləri maraq dairəsinə çəkdi və öz iradəsinə qeyd-şərtsiz tabe etdirməyə müvəffəq oldu.

Beləliklə, 11 sentyabr olayları məntəqədə güc nisbətini, geopolitik durumu tamamilə dəyişdi. 20 il ərzində aparılan savaşlarda yüz minlərlə müsəlman qətlə yetirildi. 11 sentyabr müəmmasının düyünləri isə açılmamış qaldı!

Müşahidəçilərə görə, 11 sentyabr hadisələri heç də ABŞ-ın istədiyi nəticəni ortaya qoymadı; Əfqanıstanda minlərlə əsgərini itirdi, hərbi əməliyyatlarda çətinliklərə düçar oldu və sıravi amerikalılar Ağ Evin təcavüzkarlıq siyasətindən bezdi! Və Corc Buşun xələfləri geri çəkilmək üçün yol axtardılar, nəhayət Co Bayden 11 sentyabr hadisələrinin ildönümü ərəfəsində geri çəkilmə missiyasını yerinə yetirdi. Halbuki 11 sentyabr müəmmaları açılmamışdır.

Bəzi analitiklər iddia edir ki, 11 sentyabr olayları elə ABŞ hökuməti və kəşfiyyat orqanları tərəfindən Yaxın Şərqdə işğal siyasətini həyata keçirmək, enerji mənbələri üzərində nəzarətə yiyələnmək istiqamətində bəhanə əldə etmək üçün təşkil olunub. Bir çox ekspertlərin qeyd etdiyi kimi, İsrail xüsusi xidmət orqanı “Mossad”ın da bu olaylarda təşkilatçı olduğu yönündə iddialar var. Bu istiqamətdə səsləndirilən arqumentlərdən biri 11 sentyabrda Dünya Ticarət Mərkəzinə yəhudi əsilli iş adamlarının gəlməməsi ilə bağlı söylənən fikirlərdir. “Nyu-York Tayms” qəzetinin keçirdiyi sorğuya görə isə hər 4 amerikalıdan 3-ü hökumətin 11 sentyabr olayları ilə bağlı həqiqəti söyləmədiyindən şübhələnir.

Bu müddətdə həm sadə amerikalılar, həm də dünya ictimaiyyəti bir sıra suallara cavab tapa bilməmişlər: 11 sentyabr hadisələrinin məğzində əslində nə dayanırdı? Bütün dünyanı şübhəyə salan bu qəribə göydələn çökməsi əslində həqiqətən terror aktı idimi?

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button