Imam Əlinin (ə) böyük zülmə məruz qaldığı məqamda təkbaşına İmaməti müdafiə etdi Xanım Zəhra (s.ə). Bunun nəticəsində Vilayətin ilk şəhidi kimi tarixə düşdü.
Xanım Zəhra (s.ə) öz dəsti-xəttiylə yalançı həqiqət carçılarının iddialarını puç etdi. Düşünmədi ki, mən tək neyləyəcəm? Öz vəzifəsini elə icra etdi ki, Qiyamətə qədər iz buraxdı. Peyğəmbər (s) canişinini müdafiə etmək Peyğəmbərin (s) gətirdiyi risaləti qorumaq demək idi. Bu missiyanı 18 yaşlı Xanım Zəhra (s.ə) öz öhdəsinə götürdü və vəzifəsinə əməl etdi.
Xanım Zəhra (s.ə) bu əməliylə kişilərə də örnək oldu. Sübut etdi ki, haqqın müdafiəsində heç bir halda susmaq olmaz.
Və bu gün bütün bəşəriyyətin və xüsusilə müsəlmanların boynunda Xanım Zəhranın (s.ə) haqqı var. Çünki İslamın təhrif olunmamış doğru-düzgün xəttini və şəriyyətini qoruyub saxladı və bu şərəfli missiyanı öz övladlarına təhvil verə bildi.
Salam olsun bəşəriyyətin ən üstün xanımı olan Peyğəmbər (s) qızı Xanım Fatimeyi Zəhraya (s.)
Allahın lənəti olsun Xanımın (s.ə) qatillərinə.