ArxivXəbər lentiXəbərlər

REAL imzaları Milli Məclisə təqdim edib

Respublikaçı Alternativ (ReAL) Partiyası martın 4-də 41 mindən çox imzanı Milli Məclisə təqdim edib.

Məlumatı ReAL Partiyası yayıb.
Bildirilib ki, imzalar özündə üç sahəyə aid təşəbbüsləri əhatə edir:
“Mərkəzi Bankın 2015-ci ilin devalvasiya qərarları nəticəsində yaranmış kredit borclarının dövlətə tərəfindən ödənilməsi, ali təhsilin ödənişsiz əsaslara keçirilməsi və Bakı şəhərində seçkili mer vəzifəsinin təsis edilməsi”.
Fevralın 28-də ReAL Partiyasının sədri İlqar Məmmədov mətbuat konfransı keçirərək bildirib ki, imzatoplamaya 2018-ci il noyabrın sonunda başlayıblar.
Partiya sədri 3 ayda 41 min 658 imza topladıqlarını söyləyib:
“İmzaların 48 faizi paytaxtdan kənarda toplanmışdı, amma bütün imzaların 60 faizi bölgələrdəndir. Qalan 40 faiz imza verən isə Bakıda qeydiyyatdadır. Yaxın günlərdə imzalar Milli Məclisə təqdim olunacaq. Milli Məclis 2 ay ərzində münasibət bildirməlidir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button