ArxivXəbər lentiXəbərlər

1300 Türkiyə vətəndaşi İŞİD-in üzvüdür!

Türkiyənin “Bu gün” qəzeti bugünkü  sayında maraqlı məlumat dərc edib.

Qəzet yazır: “Rəsmi Ankaraya bağlı mənbələrdə bu ölkənin vətəndaşlarından 1300 nəfərin İŞİD terror təşkilatının üzvü olduğu bildirilir.”

Böyük Millət Məclisində Türkiyədəki terrorçu təşkilatları araşdırma komissiyasının təşkil edilməsi təklifi rədd edildikdən sonra baş nazirə bağlı olan ümumi diplomatik kooridinatorluq mərkəzi məlumat verib ki, 1300 Türkiyə vətəndaşı İŞİD-in üzvüdür.

Həmçinin qəzet ötən il boyunca 1500 nəfər Türkiyə vətəndaşının Suriyada kürdlər tərəfindən yaradılmış Demokratik Birlik Partiyasının sıralarına qoşulduğunu xatırladaraq yazıb: “Bu məsələ baş nazirə bağlı ümumi diplomatik komissiya kooridinatorluğu mərkəzi tərəfindən nazirlik, polis, jandarma və ordunun müvafiq statistikasına əsaslanaraq hazırlanmış xəbərdə elan edilib.”

“Bu gün” qəzetinin yazdığına görə sözü gedən mərkəz tərəfindən hazırlanan məlumatda İŞİD-ə üzv olanların ümumi vəziyyəti barədə də araşdırma aparılıb. Belə ki, araşdırmaçılar Türkiyənin Suriya və İraqla 1300 km. müştərək sərhədə malik olduğuna, həmçinin müsəlman ölkəsi olmasına diqqət çəkərək məlum statistik göstəricinin elə də böyük olmadığı bildirilmişdir. Xəbər də o da bildirilir ki, Türkiyə İŞİD-ə üzv vətəndaşları olan ölkələrin siyahisndə onuncu yeri tutur.

“Bu gün” qəzeti həmçinin adı çəkilən mərkəzin xəbərinə istinadən bildirir ki, cari ilin ilk yeddi ayında 600 nəfər İŞİD terrorçuları ilə əlaqə qurmaqda ittiham edilərək zərərsizləşdirilib və onlardan 100 nəfəri İŞİD-ə üzv olmaqda günahlandırılaraq həbs edilib.

Qəzetin yazdığına görə son yeddi ayda Türkiyədəki İŞİD üzvlərinin evində axtarış aparılarkən silah-sursatdan əlavə 40-dan çox bomba, 268 kq. partlayıcı maddə, intihar-partlayış əməliyyatlarında istifadə edilən onlarla məxsusi libas və bomba düzəldilməsində istifadə edilən ləvazimatlar aşkarlanaraq müsadirə edilmişdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button