Şərqi Azərbaycan vilayətinin Azad Universitetinin rektoru əlavə edib: “Dağlıq Qarabağ İslam ərazisidir. Bütün müsəlmanlar Azərbaycanın köməyinə çatmaq və müsəlman ərazilərinin təcavüzkarların əlində qalmasına imkan verməməyə borcludurlar”.
“Ermənistanın işğalını və Azərbaycanın mövqelərinə hücumu qınayırıq və bu ölkənin hökumətini beynəlxalq sərhədlərinə qayıtmağa qətiyyətlə çağırış edirik”,-deyə Cavanpur qeyd edib.
Onun sözlərinə görə, bir çox Qərb ölkəsi Dağlıq Qarabağ problemini həll edəcəklərini iddia etsə də, praktik olaraq heç bir iş görməyiblər və yalnız öz maraqlarını güdübər. Azərbaycanın qeyrətli və mömin gəncləri İmam Hüseyn (ə) məktəbindən dərs alaraq işğal altındakı əraziləri geri almalıdırlar.