ArxivXəbər lentiXəbərlər

Azərbaycan prezidenti neftin qiymətinin möhkəmləndirilməsinə dəstək verdi

Prezident İlham Əliyev neft ixrac edən ölkələr təşkilatı OPEK-ə üzv olmayan neft ixracatçılarının da dünya bazarında neftin qiymətinin möhkəmlənməsinə dəstək verməli olduqlarını və bu xüsusda əməkdaşlıq etmələrini vurğulayıb.

Sputnik informasiya agentliyinin Moskvadan verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev şənbə günü, Bakıda Venesuela prezidenti Nikolas Madoro ilə baş tutan görüşün ardınca deyib: Bu qənaətdəyik ki, OPEK-ə üzv olmayan neft ixracatçıları da neftin qiymətini möhkəmləndirmək üzrə doğru qərarların qəbul edilməsində sədaqətlə əməkdaşlıq etməlidirlər.

İlham Əliyev həmçinin deyib: Əgər OPEK-in qərarlarına nəzarət üzrə münasib və qətiyyətli mexanizm yaradılarsa, neftin qiyməti də lazımı səviyyəyə yüksələcək.

Venesuela prezidenti Nikolas Madoro cümə günü Azərbaycan, Ərəbistan, İran və Qətərə 4 günlük turneyə çıxıb. Bu səfər OPEK ölkələrinin bir ay sonra Vyanada baş tutacaq görüşü ərəfəsində həyata keçirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button