AktualAktualArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ərdoğanın t ürkdilli ölkələrin regional şurasını yaratmaqda maraqları

Türkiyənin t ürkdilli ö lkələrin r egional ş urasının yaradılması ilə bağlı müxtəlif motivləri var və bu yolda bir çox problemlərlə üzləşə bilər.

Qafqaz Həqiqətləri “Alef”-ə istinadla xəbər verir ki, ötən həftə Türkiyədə Türk Şurasına üzv ölkələrin iclası keçirildi və bu iclasda Türkiyə, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Qazaxıstanın xarici işlər nazirləri ilkin müzakirələri başa çatdırdılar. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirdi ki, ölkə başçıları bir tarixi sənədi imzalayacaq və Türk Şurasının adı dəyişilərək, bundan sonra Türk Dövlətləri Təşkilatı adlanacaq.

Türkdilli dövlətlərin regional şurasını yaratmaq və genişləndirmək Türkiyənin strateji məqsədlərindən biri sayılır və son Qarabağ hadisələrindən sonra Türkiyə prezidenti Rəcəb Ərdoğan üçün daha çox əhəmiyyət kəsb etməyə başlayıb.

Türkiyə hökuməti Türk Dövlətləri Təşkilatından siyasi və təbliğat məqsədləri üçün daha çox faydalanma q və regional rol ifa etmə k ardıncadır və məqsədinə çatmaq istiqamətində öz ətrafına daha çox ölkə toplamaq üçün bütün potensialdan istifadə etməyə çalışır. Habelə, bu potensial dan yararlanmaqla bölgədə və Orta Asiyada üstünlüklər qazanmağa səy edir.

Ankara hər bir ölkə ilə öz ehtiyacları və maraqları əsasında müamilə və danışıqlara girmək niyyətindədir. Məsələn, Qətəri və Müsəlman Qardaşları Təşkilatını özünün ideoloji müttəfiqi kimi təqdim edib. Həmçinin bir sıra ideoloji və siyasi fərqlərə baxmayaraq, bəzi ölkələri iqtisadi mühitdə saxlamağa cəhd edir.

“Morsad əl-sham” xəbər agentliyinin bildirdiyinə görə, türkdilli dövlətlərin regional şurasının təsisinin razılaşmasında bu təşkilatın birgə səylərlə regionda sülh, təhlükəsizlik və sabitliyi artırmağı hədəflədiyi qeyd olunur. Ancaq bu təşkilatı yaratmaqda Ankaranın başqa məqsədi vardır və o da pantürkizm tərəkkürünə qayıdışdır ki, Orta Asiyada türkdilli ölkələrin koalisiyasını yaratmaqla regional və beynəlxalq sistemdə bu türkdilli dövlətlərin lideri olmaq istəyir.

Agetnlik vurğulayıb ki, Türkiyə dövlə ti Orta Asiya coğrafiyasında türkdilli ölkələrin koalisiyasını yaratmaq məqsədi ilə pantürkizmə qayıdış ardınca olduğunu, beləliklə, öz xəyalında Türkiyə regional və beynəlxalq sistemdə bu türkdilli dövlətlərin lideri kimi gələcəyi müəyyən edə bilməyin mümkünlüyünü iddia etsə də, fakt budur ki, tarix və siyasi coğrafiya səbəblərindən bu məqsədi həyata keçirmək mümkün deyil və yalnız bölgə xalqlarının, xüsusilə də türk xalqının üzərinə ağır təhlükəsizlik xərcləri qoyan bir addımdır. Həm də bu addımdan sonra Asiyadakı türk ölkələri həmişəlik olaraq öz varlıqlarını itirəcək və Tür kiyənin aypara bayrağı altında xəritədən silin ə bilərlə r.

Bir çox faktlara əsasən, bu layihənin genişlənməsinə əsas maneə “Gürcüstan və Ermənistan”dır. Ankara həm də iqtisadi və siyasi təsir rıçaqları ilə Ermənistan barədə “çarəsiz” vəziyyətdədir . Ona görə də Ermənistan əleyhinə hərbi-siyasi addımlar atmağa çalışır. Türkiyə hökumətinin motivlərindən biri də Asiyanın türkdilli xalqını yumşaq şəkildə assimilyasiya etməsi, onları birləşdirməyə çalışması, eyni zamanda Ankaranın böyük arzusunu həyata keçirmək üçün başqa ölkələrdən müşahidəçiləri cəlb etməsi olub.

Türkiyənin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə regional rəqabəti də onun Türk Dövlətləri Təşkilatının yara t masına səbəb olan amillərdən sayılır .

Qərəzsiz siyasət yeridən və Türk Şurasının əvvəlki iclaslarında iştirak etməkdən çə kinən Türkmənistan , bu iclasda nisbi razılığını elan etdi. Onun Türk Şurası ilə bağlı mövqeinin qismən dəyişməsi Türkiyə üçün uduş kartı olduğunu demək olar.

Üzv ölkələr infrastruktur layihələri üzrə birgə işi sürətləndirmək üçün müştərək iqtisadi zonalar və inkişaf bankı yaratmağa çalışırlar. Hərbi cəbhədə, silah, zireh və hərbi maşınların satışı ilə bağlı müqavilələr bağlamaqdan əlavə, birgə təlimlər vasitəsilə hərbi peşəkarlıq mübadiləsi aparmağa çalışırlar.

Amma bu yol d a Ərdoğan hökuməti problem lərlə üzləşəcək . Bu problemlərdən biri də təşkilata üzv olan türkdilli ölkələrin xarici ticarəti inkişaf etdirmək üçün aktiv iqtisadi potensiala malik olmaması və nəqliyyat infrastrukturlarının isə zəif olmasıdır.

Həmçinin, xarici siyasət baxımından Türk Şurasının bu ölkələrinin heç də hamısı bir-biri ilə uyğun və dinclik xarakter daşıyan və qarşıdakı nəticələrdən və çətinliklərdən qorxmadan hərəkət edə bilməsi mümkün deyildir. Beləliklə, Türkdilli Dövlətlər Təşkilatının əməkdaşlığı üçün müsbət və münasib proses proqnozlaşdırılmır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button