ArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycan Respublikasında məscidlər açılsa da ciddi məhdudiyyətlər tətbiq edilib

Qafqaz Müsəlmanları İdarəsi məscid və digər ibadət yerlərində riayət olunmalı olan qaydaları açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən,QMİ-nin müəyyənləşdirdiyi qaydalara əsasən dini ibadətlər ümumi olaraq 50 nəfərdən çox olmamaq şərtilə təşkil edilməlidir.Yalnız COVID-19 pasportuna malik olan şəxslərin ibadət yerlərində dini ayinlərin icrasında iştirakına icazə verilir. 14 yaşdan yuxarı olmayan uşaqların ibadət yerlərinə gətirilməsinə yol verilmir.

Təlimatda həmçinin məscid və digər ibadət yerlərinə gələnlərin maskadan, antiseptik məhluldan istifadə etməli olduqları bildirilir, əl görüşlərinə qadağa tətbiq olunur. İbadət yerində məsafə saxlanılması tövsiyə edilir.

Həmçinin bildirilir ki, Məsciddə ibadət etmək istəyən şəxslər özləri ilə səccadə və möhür gətirməlidirlər;

QMİ-nin məscidlər və digər ibadət yerlərində iştirak qaydalarında deyilir: İbadət etmək istəyən şəxslər məscidə yalnız namaz vaxtı, digər ibadət yerlərinə müvafiq ibadətlər icra olunan zaman gəlməli və namaz (ibadət) bitdikdən sonra məscidi (ibadət yerini) tərk etməlidirlər. Bu zaman ictimai yerlərdə qruplarda cəmlənməyə dair tələblərə ciddi əməl edilməlidir.

O da qeyd olunur ki, məscidlərin imamları, icma sədrləri və digər ibadət yerlərinin məsul şəxsləri bu qaydaların icrasına nəzarət etməlidirlər.

QMİ-nin müəyyənləşdirdiyi qaydalarda 14 yaşından aşağı olanların məscidə və ibadət yerlərinə buraxılmamaları bəzilərinə görə, pandemiya ilə deyil, son vaxtlar dini etiqad və vicdan azadlığı barədə qanuna edilən dəyişikliklə əlaqədardır. Belə ki, parlamentdə qəbul olunan həmin dəyişikliklərə görə, uşaq və yeniyetmələrin dini mentalitetə uyğun tərbiyəsinə ciddi qadağa tətbiq edilir.

QMİ-nin qaydalarında məscid və ibadət yerlərinin namaz və ibadət bitən kimi tərk edilməsi də anlaşılmazlıqlara səbəb olub beə ki, əgər gələnlərin hamısında pandemiya pasbortu varsa onların məscidi və ibadət yerlərini tələm-tələsik tərk etmələrinə eytiyac yoxdur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button