ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ərdoğan: Türkiyənin qarşısında duran bütün vəzifələr yerinə yetiriləcək

Prezident Ərdoğan qeyd edib ki, Türkiyə məqsədlərinə doğru inamla irəliləyir. Dövlət başçısının sözlərinə görə, hökumətin qarşısında duran bütün vəzifələr yerinə yetiriləcək.
Ərdoğan Rusiya-Türkiyə münasibətlərindən də danışıb.
“Rusiya ilə münasibətlərimiz qarşılıqlı hörmət üzərində qurulub. Cənab Putinlə münasibətim dürüstlüyə əsaslanır. Tatarıstandan Dağıstana müraciətlərimizə cavab alırıq”, deyə türkiyəli lider vurğulayıb.
Prezident Ərdoğan Suriya ilə bağlı bunları deyib:
“Hazırda Suriyanın şimalında baş verən proseslərdə istədiyimiz nəticəni ala bilməsək də, deyirik ki, gəlin, üçtərəfli görüşlər keçirək. Təklif edirik ki, üç tərəfli yığışaq: Rusiya, Türkiyə, Suriya. İranı da dəvət etmək olar. Danışıqlar elə aparılmalıdır ki, regiona sülh gəlsin. Biz müəyyən nəticələr əldə etmişik, əldə edirik və gələcəkdə də əldə etməyə hazırlaşırıq”.
“Biz heç nə təklif etmədən S400 almağımızla bağlı hədələyənlər var idi. İndi biz F-16-ların tədarükü ilə bağlı danışıqlar aparırıq, lakin bizə rədd cavabı verilir. Bizə F-35 təyyarələri vəd etdilər, lakin onlar sözlərində durmadılar. Baxmayaraq ki, biz təxminən 1 milyard 400 milyon dollar ödəmişik. Təyyarələr yoxdur, pul da qaytarılmayıb. Biz həmişə sözümüzə əməl edirik və tərəfdaşlarımızdan da bunu gözləyirik”, deyə prezident vurğulayıb.
Türk dövlətləri ilə əlaqələrin gündən-günə yaxşılaşdığını deyən Ərdoğan bildirib:
“Biz qardaşlarımızı, xüsusən də Azərbaycanı heç vaxt tək qoymayacağıq. Bu, təkcə türk respublikalarına aid deyil, mən Liviya ilə münasibətlərin səviyyəsini qeyd etmək istərdim, biz bu ölkədə sülhün bərqərar olması üçün qətiyyətlə səy göstəririk. Biz bütün türk respublikaları ilə, yəni Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Türkmənistanla əlaqələrimizi dəstəkləyirik və davam etdirəcəyik. Bu, bizim Tacikistanla münasibətlərimizə də aiddir”.
Prezident İsveç və Finlandiyanın NATO-ya daxil olma prosesi ilə bağlı sualı da cavablandırıb.
“Məndə belə bir təəsürat yaranıb ki, onlar Türkiyəni, onun prinsiplərini, ənənələrini tanımırlar. Bu, 20, 30, 40 il əvvəl şərtlərin diktə edildiyi Türkiyə deyil. İsveç öz ərazisində gizlənən 120 terrorçunu bizə təhvil verilməsinə dair öhdəlik götürüb. Biz bu öhdəliklərin yerinə yetirilməsini gözləyirik. Finlandiya ilə vəziyyət fərqlidir. Bu ölkə ilə bağlı biz müvafiq qərar qəbul edə bilərik, lakin bu, Helsinki İsveçin səhvlərini təkrarlamamalıdır. Finlandiya ilə bağlı qərarı açıqlayanda İsveç şoka düşəcək”, deyə Ərdoğan əlavə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button