AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Ərdəbilin imam cüməsi: Məhərrəm ayının fəlsəfəsi şair və məddahların şerlərinin əsas mövzusu olmalıdır

Vəliyyi-Fəqihin əyalətdə nümayəndəsi və Ərdəbilin imam cüməsi deyib: “Məhərrəm ayının əzadarlığında məddahlar və şairlər öz şerlərində Aşura hadisəsinin xalis fəlsəfə və səbəblərini əsas tutsunlar”.
Qafqaz Mədəniyyət Mərkəzi – Bu gün məddahların böyük toplantısında çıxış edən Ayətullah Seyid Həsən Amili öz tövsiyələrndə deyib: “Məhərrəm ayının əzadarlığında məddahlar və şairlər öz şerlərində Aşura hadisəsinin xalis fəlsəfə və səbəblərini əsas tutsunlar, şerlərində hər cür xürafatdan uzaq olsunlar”.
İmam cümə Məhərrəm ayının əzadarlığının Aşura qiyamının səbəblərini və mədəniyyətini açıqlamaq üçün çox yaxşı fürsət olmasına işarə edərək artırıb: “Məhərrəm ayı İran xalqı, xüsusilə də Ərdəbil əyalətinin əhalisi üçün çox böyük nemətdir. Bu yaranmış fürsətdən istifadə etməliyik”.
“Müsəlmanların axirət azuqəsi toplaması üçün Məhərrəm ayında axıdılan göz yaşları və matəm saxlamaq böyük nemətdir. Hamı bundan faydalanmağa çalışmalı və bu böyük fürsətin qədrini bilməlidir”-deyə imam cümə vurğulayıb.
Ayətullah Amili düşmənin və dünya imperializminin camiədə şəhadət və fədakarlıq mədəniyyətini zəiflətməyə cəhd etdiyini qeyd edərək deyib: “Xalqın bu barədə ayıq olması və mədəni proqramlarını genişləndirməklə düşmənin plan və məkrlərini puça çıxarması lazımdır”.
İmam Hüseynə (ə) əzadarlıq etməyin faydalarından söz açan xətib deyib: “Həzrət İmam Hüseynə (ə) əzadarlıq etmək bəlaları qaytarır. Ərdəbil əhalisi həmişə Məhərrəm ayında etdikləri əzadarlıqlarla məşhurdur. Biz iftixar edirik ki, hər il Ərdəbildə Tasua və Aşura mərasimləri çox əzəmətli və nizamlı şəkildə keçirilir. Bu il də yenə bu sahədə əsaslı hazırlıqlar görülmüşdür”.
Ərdəbilin imam cüməsi Kərbəlada əzəmətli Ərbəin mərasiminə də toxunaraq deyib: “İmam Hüseyn (ə) sevgisi ilə 30 milyon nəfərdən çox aşiq insan Ərbəində Kərbəlaya toplaşır. Bu məsələ öz növbəsində bənzərsizdir və biz həmişə bu mühüm mövzunun qədrini bilməliyik”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button