AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlərXütbələr

Ərdəbilin imam cüməsi Amerika və qərbin söz azadlığı şüarına ikili yanaşmasını tənqid edib

Ayətullah Seyid Həsən Amili: “Avropa bütün beynəlxalq informasiya kanallarını bağlayıb, xalqını və dünya xalqlarını öz istədiyi istiqamətə yönləndirmək istəyir.”
Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amili bu həftənin cümə namazı xütbələrində İslam İnqilabının qərb mədəniyyətinə vurduğu zərbələri açıqlayaraq deyib: “Amerika və Avropa fəryad edir ki, informasiya yolu azad olmalıdır, hər kəsin bilmək hüququ var və heç kimin insanları bilmək hüququndan məhrum etməyə haqqı yoxdur. Amma məsələnin kökünü araşdırdıqda görürük ki, onlar bu şüarı ancaq öz düşmənləri haqda icra edirlər, özləri isə çox asanlıqla müxalif informasiya kanallarını bağlayırlar.”
Liberalizm təfəkkürünün informasiya axını və ifadə azadlığına xüsusi önəm verdiyini və bunsuz cəmiyyəti müəyyən diktatura ilə bərabər hesab etdiyini vurğulayan imam cümə deyib: “Qərblilər bütün İran kanallarını peyklərdən çıxardılar, hətta bir İran kanalının işıqlandırma aparmasına belə dözmədilər. Bu, liberalizmin qəti prinsiplərindən ən pis geri çəkilmə və imtinadır.
İslam inqilabı üç sahədə qərb mədəniyyətinə və liberalizmin icraçılarına böyük zərbə vurdu, onları liberalizmin bir çox prinsiplərini və konstitusiyalarının bəndlərini pozmağa məcbur etdi. Onlar hicaba görə cərimə kəsiblər, halbuki dünyəvilik ideyasına görə istənilən dinin mənsubları öz dini adət-ənənələrini yerinə yetirməkdə sərbəstdirlər.”
Tağut rejimi dövründə söz azadlığının məhdudlaşdırılmasına toxunan xətib deyib ki, şah dövründə Amerikanın yaratdığı SAVAK mətbuata müəyyən sözlər təqdim edərək hədələmişdi ki, bu sözləri işlədən hər kəs qəzetinin ofisindən birbaşa Evin həbsxanasına getməlidir. Azəri atalar sözündə deyildiyi kimi, indi ölü dirilib, mürdəşirin üzünü yumaq istəyir! Amma bizim xalqımız qat-qat ağıllıdır və düşmənlər onu axmaq yerinə qoya bilməzlər.
İmam cümə əlavə edib: “Qərbdə söz azadlığının simvolu odur ki, Almaniyada bütün qəzetlərdən israil əleyhinə bir kəlmə belə yazmayacağına dair öhdəlik alıblar. Almaniyada kimsə İran və Rusiya əleyhinə yazı yazsa, dərhal vəzifəyə təyin edilirlər. Bu ölkədə hər hansı vəzifəli şəxs bu iki ölkəyə azacıq da olsa dəstək olsa, işdən çıxarılır. Almaniyanın İrandakı keçmiş səfiri də qayıtdıqdan sonra Almaniyada yaxşı vəzifə aldı.”
Cümə namazının xətibi qərb rəsmilərinin bəzi davranışlarına toxunaraq deyib ki, onların fikrincə, istənilən iffətsizliyi və pozğunluğu razılaşma yolu ilə həll etmək olar. Əziz gənclər, xüsusən də ölkənin ümidi və gələcəyi olan qızlarımız bu məsələyə çox həssas yanaşmalıdır. Onlar iffətsizlik yolunun sonunun nə ilə nəticələndiyini bilməlidirlər. Avropa şəxsiyyətlərinin İrana qarşı mübarizə aparmaq üçün bu cür tənəzzül və aşağılaşmaları Allahın və şəhidlərin qanıın onlardan aldığı qisasdır.
Ayətullah Amili daha sonra deyib: “Müasir dünyanın insan həyatını qorumaq, xilas etmək və dünyada sülhə nail olmaq üçün humanist, emosional və rasional baxışlara ehtiyacı var. Ukraynada baş verən faciəyə heç kim sevinmir, amma Ukrayna məsələsinə təsir edən hökumətlərdəki qisas və düşməni zəiflətmək arzusu dünyanın və bəşəriyyətin gələcəyinin qaranlıq olduğunu göstərir. İmam Əli (ə) besətdən qabaqkı dünya haqda belə buyurur: “Dünyanın nuru gizlənmişdi, nadürüstlükləri aşkar olmuşdu.”
Avropa bütün acgözlük və hərisliklə, “atam-anam sənə qurban, vur” deyir. Hər birinin sözündən qan iyi gəlir. Ukraynanın çarəsiz xalqına kompensasiya və ödəniş kimi baxırlar. İran-İraq müharibəsi zamanı da onların hamısı Səddama “atam-anam sənə qurban, vur” deyirdilər. Suriyada da İŞİD-ə həmin sözü deyirdilər. Suriyada “Suriya Demokratik Qüvvələri” adlanan kürd qüvvələrinə, Cəbhətüt-Təhrir və digərlərinə də eyni sözü deyirlər. Səudiyyə Ərəbistanına da mütəmadi olaraq Yəmənin məzlum xalqını vurmaq üçün “atam-anam sənə qurban, vur” deyirdilər.
Qırx ildən çoxdur ki, münafiqlərə “iranlıları vurun” deyirlər. 70 ildən çoxdur ki, sionist rejiminə “atam-anam sənə qurban, vur” deyirlər. Heç vaxt insan qanı indiki qədər ucuz olmayıb. Bir vaxtlar İspaniyanın baş naziri deyirdi ki, İranı yıxacağıq, hətta bu, özümüzün yıxılmağımıza səbəb olsa belə! Buna oxşarı odur ki, indiyədək yalnız Amerika Ukraynaya 97 milyard dollardan çox yardım edib. Avropa indiyədək 40 milyard dollardan çox yardım edib və hələ də davam edir”.
İmam cümə xütbəsinin sonuda deyib: “5+1-də mərhəmət və şəfqət yoxdur. Onlarla müzakirə, onlardan insaf və ədalət gözləmək çətin bir gözləmədir. Reyqanın müşaviri bu həftə dedi ki, Putin sadəlövhdür və Amerikada dünya problemlərindən danışmaq imkanı olan bir adamın olduğunu düşünür.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button