ArxivXəbər lentiXəbərlər

Azərbaycan Ordusunun iki hərbçisi şəhid olub

Cəbhədən gərgin xəbərlər gəlir. Martın 27-də Qazax rayonu ərazisində atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun iki hərbçisi həlak olub.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb ki, Ermənistan silahlı bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat cəhdinin qarşısı alınıb.

Müdafiə Nazirliyinin məlumatında deyilir: “Əməliyyat şəraitində üstünlüyü itirən düşmən dövlət sərhədində gərginliyi artırmaqla bəzi beynəlxalq qurumları, o cümlədən Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilata daxil olan dövlətləri də münaqişədə iştiraka sövq etməyə çalışır. Baş verən toqquşmada leytenant Zülfüqarlı Qalib Laim oğlu və əsgər Hacıyev Qəfərəli İntiqam oğlu şəhid olublar.

Martın 15-də Azərbaycan ordusunun kiçik çavuşu Abbaszadə Elşad Raquf oğlu erməni gülləsinə tuş gəlmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button