AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlərXütbələr

Ərdəbilin cümə imamı Azərbaycan xalqına xitabən: Bizim və sizin qardaşlığımız heç bir qayçı ilə kəsilə bilməz

 

Ayətullah Seyid Həsən Amili Azərbaycan Respublikası xalqının əlaqələrinə toxunaraq dedi: Azərbaycan xalqının mesajı bir kəlmədən ibarət idi: İran xalqına deyin; bu yaxınlarda Azərbaycanda baş verən təhqilərdə Azərbaycan xalqını günahlandırmasınlar. Təhqir edənlər xüsusi insanlardır.
Qafqaz Həqiqətləri İnformasiya Agentliyinin verdiyi məlumata görə, Vəliyyi-fəqihin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbilin hörmətli cümə imamı Ayətullah Seyid Həsən Amili bu həftənin cümə namazı xütbələrində Türkiyə və Suriyada baş verən son zəlzələ və bu iki ölkənin zəlzələsi qarşısında Avropa və Qərbin davranışlarını izah edərkən, bunları ifadə etdi: Suriya və Türkiyədə baş verən zəlzələ hadisəsi çox böyük bir fəlakətdir. Ailələr dağıntılar altındadır və fəlakətin şiddətinə görə, xilasedicilər dağıntılar altında çıxılmaz vəziyyətdə olanları xilas edə bilmirlər. Biz hökumətə İranın yardım təyyarələrini ən qısa zamanda Türkiyə və Suriyaya göndərdiyinə görə təşəkkür edirik. Şəhərlərdə yardım fondları quraşdırılıb. Böyük millətimizin köməyi ilə zəlzələ qurbanlarının ağrılarının azaldılmasına töhfə vermək məqsədə uyğundur.
Ərdəbilin cümə imamı dünyada vaxtaşırı müasir bəşəriyyət üçün böyük rüsvayçılıq, qlobal deyilən cəmiyyət üçün isə rüsvayçılıq mənbəyi olan hadisələrin baş verdiyini bildirərək qeyd etdi: Türkiyə və Suriyada baş verən son zəlzələdə Avropa ölkələri Türkiyəyə çoxlu yardım edəcəklərini dəfələrlə bəyan etdilər. Amma, onların heç biri Suriyadan danışmadı və Suriyaya kömək etməkdən imtina etdilər. Bu ayrı-seçkilikdən və ikili standartdan bəlli olur ki, onlar insanlığa ayrı-seçkilik edib, dərəcələndiriblər.
O, bəzi ərəb ölkələrinin Suriyada baş verən son zəlzələ ilə bağlı davranışlarından təəssüfləndiyini bildirərək dedi: Təəssüf ki, Amerika ilə hesablaşan bəzi ərəb ölkələri, öz ölkələri ilə Dəməşq arasında hava körpüsü yaratmadılar. Zəlzələ kimi hadisələrdə insanlıqdan başqa heç nə düşünülməməlidir, lakin bu hadisə Qərbin iç üzünü göstərdi və onların ən pis siması ortaya çıxdı.
Ərdəbilin cümə xətibi dedi: Dünya Bankı zəlzələ səbəbilə Türkiyəyə təxminən 2 milyard dollar yardım etdi, lakin Suriyaya bir dollar da kömək etmədi.
Ekspertlər Məclisinin üzvü əlavə edib: Zəlzələ zamanı Türkiyəyə 60 ölkə yardım göndərdi və biz buna sevinirik. 60 ölkədən 61 min xilasedici Türkiyəyə axışdı və biz buna sevinirik. Türkiyədə zəlzələdən zərər çəkmiş bölgəyə gedən bütün yollar yardım maşınları ilə bağlandı və yardımlar helikopterlə çatdırılır. Lakin Suriyada belə bir yardımın mində biri yoxdur.
Ərdəbilin cümə imamı dedi: Qərbdə insaniyyət ölüb və bəşəriyyət güzəştə gedilib və insanlara dərəcə qoyulub.
O dedi: Azərbaycanın nəcib xalqına xüsusi təşəkkürümü bildirirəm. Allah bilir bu həftə neçə dəfə mənə zəng etdilər. Azərbaycan xalqının mesajı bir kəlmədən ibarət idi: İran xalqına deyin; bu yaxınlarda Azərbaycanda baş verən təhqilərdə Azərbaycan xalqını günahlandırmasınlar. Təhqir edənlər xüsusi insanlardır. Azərbaycan xalqını onlarla bir cərgəyə qoymayın. Azərbaycan millətinin şərəfi Həzrət Zəhra (s.ə.) övladını təhqir etməkdən qat-qat yüksəkdir və bu təhqirlərin, anti-İran hərəkətlərin kökünün haradan qaynaqlandığını bilirik.
Ərdəbilin cümə imamı əlavə etdi: Azərbaycan xalqına da deyirəm ki, bizim və sizin qardaşlığımız heç bir qayçı ilə kəsilə bilməz. Bizim və sizin birliyimiz heç bir yadın səyi ilə pozula bilməz. Biz tarix boyu sizinlə olmuşuq və olacağıq. Biz işğalçıların yanında olmamışıq və heç vaxt da onların yanında olmayacağıq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button