ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Fövqəladə hallar nazirinin müavini Kür-Bakı magistral su kəmərində qəza baş vermiş əraziyə gəlib

Fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov Qaradağ rayonu ərazisində Kür-Bakı magistral su kəmərində qəza baş vermiş əraziyə gəlib.

 nazir müavini kəmərdə qəza nəticəsində yaranmış vəziyyətlə tanış olub, hadisənin fəsadlarının aradan qaldırılması üçün lazımı göstərişlər verib.

Qeyd edək Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərlərindən birində gecə saatlarında baş vermiş qəza nəticəsində (Qaradağ rayonu Qaz Emalı Zavodunun yaxınlığı) ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basıb.

Aidiyyəti qurumların əməkdaşları hazırda hadisə yerindədir, qəzanın nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button