AktualAktualArxivIslammədəniyyatŞəkil​SONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ərdəbildə “Əl-Qudsu Ləna: Qüds bölgə ölkələrinin şer və ədəbiyyatında” beynəlxalq vebinar keçirildi – Fotolar

Ərdəbildə İran, Azərbaycan, Türkiyə, İraq, Almaniya və Gürcüstan ölkələrindən dəvət edilmiş şair və mütəfəkkirlərin iştirakı ilə “Əl-Qudsu Ləna: Qüds bölgə ölkələrinin şer və ədəbiyyatında” beynəlxalq vebinar keçirildi.

Qafqaz Həqiqətləri xəbər verir ki, 19 mayda Mühəqqiq Ərdəbili Universitetinin Azərbaycan Mədəniyyət Tədqiqatları Mərkəzinin əməkdaşlığı və Ərdəbil Əyaləti Ümumi Kitabxanalarının Baş İdarəsinin evsahibliyi ilə “Əl-Qudsu Ləna: Qüds bölgə ölkələrinin şer və ədəbiyyatında” beynəlxalq vebinar keçirilib.

Vebinarda Şəms Əttar Ərdəbili Ədəbi Dərnəyinin katibi Məhdi Mirza Rəsulzadə deyib: “Mənfur sionist rejiminin müqəddəs torpaqlara son təcavüzləri və Fələstinin məzlum xalqını qətlə yetirməsinin ardınca yenə də adət üzrə olaraq dünya zorakıları və üzdə özlərini azadfikirli göstərən Qərb və Avropa ölkələrinin başçıları, habelə bir sıra müsəlman ölkələri bu vəhşi cinayətlərə göz yumacaq. Lakin məlumdur ki, sonda qan qılınca qalib gələcək və fələstinli cavanların daş parçaları zülmün göyə ucalmış saraylarını dağıdacaq, zorakıların binasını viran edəcək. Ali Məqamlı Rəhbərin buyurduğu kimi sionizmin ömrünün sona çatmasına çox qalmayıb və dünya məzlumları inşallah, bu xəbəri eşitməklə sevinəcək.”

  1. Rəsulzadə əlavə edib: “Hər bir azad insan bu məzlumluğun səsini dünya ictimaiyyətinə çatdırmalıdır.”

Vebinarın davamında türkiyəli şair və yazıçı Arkan Badr Beytül-müqəddəsə səfərindən iki xatirə danışaraq deyib: “Beytül-müqəddəsdə şəhid Süleymaninin tərəfindən iki rəkət niyabət namazı qıldım, İslam dünyasının bu şəhidinin xatirəsini uca tutdum. Qüds son qələbəyə kimi bizim sinəmizdə və zehnimizdə qalacaq, biz sionist rejimi ilə mübarizədə bütün səyimizi göstərəcəyik.”

Vebinarın digər iştirakçısı şair Əli Keyran Fələstinə qələbə arzu edərək deyib: “İmam Xomeyninin Qüds Günü təyin etməsi önəmli və tarixi bir hadisədir, biz onun qədrini bilməliyik.”

Ə. Keyran vurğulayıb ki, son müharibədə və Fələstinin məzlum xalqının işğalçılar əleyhinə qələbəsində şəhid Hacı Qasim Süleymaninin rol və təsiri aşkar görünməkdədir.

İran-İraq müharibəsinin türkiyəli veteranı İsa Şəbahət Məhdəvi vebinarda deyib: “İmam Xomeyni Qüds Günü təyin etməklə İslama yeni can üfürdü. Bizim vəzifəmiz budur ki, canımızla, malımızla, abrımızla, yürüşlərdə iştirak etmək və digər bütün vasitələrdən istifadə etməklə Qüdsü bütün dünya ictimaiyyətinə yetərincə tanıdaq.”

Məhdəvi çıxışının digər hissəsində deyib: “Ali Məqamlı Rəhbər sionist rejiminin son nəfəslərini çəkdiyini demişdir. Hal-hazırda bütün küfr İslam qarşısında dayanmışdır. Xəndəq döyüşündə də belə idi və sonra bütün küfr İslam qarşısında məğlub oldu. Bugün də Hacı Qasim Süleymani kimi şəhidlərin təlaşları və Ali Məqamlı Rəhbərin tədbirləri ilə hər gün küfrün İslam qarşısında məğlubiyyətini görürük.”

Qüdslə bağlı beynəlxalq vebinarın davamında İran, Azərbaycan, Türkiyə, İraq, Almaniya və Gürcüstan ölkələrindən Nazənin Adil, Vilayət Aytun, Vəfa Manafi, Arzu Çinxəyal, Ramiq Kosəri və digərləri çıxış ediblər və şer oxuyublar.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button