AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ərdəbil imam cüməsi “Susuz Dodaqlar” sərgisini ziyarət edərkən: İmam Hüseynin (ə) təfəkkürü indiki və gələcək nəsillər üçün əbədiləşdirilməlidir

 

Ayətullah Amili deyib: “Cəmiyyətdə Aşuranın mesajı bidətlərdən çəkinəcək şəkildə izah edilməli və Seyyidüş-şühədanın (ə) təfəkkürü indiki və gələcək nəsillər üçün əbədiləşdirilməlidir.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbilin imam cüməsi Ayətullah Seyyid Həsən Amili bu gün Ərdəbildə keçirilən “Susuz Dodaqlar” səgisini ziyarət edərkən deyib: “Cəmiyyətdə Aşuranın mesajı bidətlərdən çəkinəcək şəkildə izah edilməli və Seyyidüş-şühədanın (ə) təfəkkürü indiki və gələcək nəsillər üçün əbədiləşdirilməlidir.”

Ayətullah Amili əlavə edib: “Əsl əzadarlardan gözləntimiz budur ki, Aşura hadisələri və mesajlarında bidət və xurafatlardan uzaq olsunlar. Əzadarların bu mühüm məsələni bilmələri çox zəruridir və onlar düzgün olmayan mövzunun İslam məktəbinin simasını ləkələməsinə imkan verməməlidirlər.”

Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi vurğulayıb ki, mənəvi ayinlər həqiqi və dərin mesajlara malikdirlər. Yaxşı olar ki, Aşura mədəniyyəti və risaləti ilə uyğun olmayan əməllərdən çəkinərək cəmiyyətdə düzgün fikir və ideyaları təbliğ edək ki, Kərbəla hərəkatının davam etməsi üçün İmam Hüseynin (ə) şərəfli yolunu gedə bilək.

Ayətullah Amili deyib: “Aşuranın əsas mesajlarından biri də cəmiyyətdə dəyərlərin və dini həqiqətlərin aydın ifadəsidir, beləliklə, hüseynçi mədəniyyətinə xələl gətirməyə çalışanlar keçmiş tarixə nəzər salsınlar, Aşura gününün fəzilətləri haqqında tam məlumat əldə etsinlər.”

O, Ərdəbil cəmiyyətinin əzadarlığının dillər əzbəri olduğunu qeyd edərək deyib ki, Əhli-beytə (ə) bağlılıq və Hüseyn (ə) məktəbinin ibrətamiz mesajı İran xalqının bu yolun davamındakı hərəkatlarını reallığa çevirdi.

Ərdəbil imam cüməsi deyib: “İmam Hüseyn (ə) dini dəyərlərin dirçəlişi yolunda haqq-ədalətlə hərəkət etdi. Ona görə də bu istiqamətdə gənclər dəyərlər və mədəniyyət nümunələrini örnək götürərək mükəmməlliyə doğru addım atmalıdırlar.”

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button