AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlərXütbələr

Ərdəbil imam cüməsi: Ölkəni qorumaq üçün ən böyük silahımız xalqın müdrikliyidir

Ayətullah Amili: Bugün düşmən açıq deyir ki, rəhbərliyin müqəddəsliyi qırılmayana qədər hədəfimizə çatmayacağıq.
Qafqaz Həqiqətləri xəbər verir ki, həzrət Ayətullah Amili cümə namazı xütbələrində ötən həftə ölkənin müdafiə nailiyyətlərinin nümayişinə toxunaraq bildirib: “İranın yeni müdafiə və kosmik imkanlarının nümayişi və ən pis mühasirə olan texnologiya mühasirəsi altında bu texnologiyaların əldə olunması həqiqətən heyrət doğurur və iranlıların dahiliyini göstərir.”
Xətib əlavə edib ki, texnologiya mühasirəsində olduğu bir vaxtda belə texnologiyalara nail olmaq İranın bu yolda dayanmayacağını göstərir və bu, özünü dünyanın kədxudaları adlandıranlar üçün böyük bir kabusdur.
İmam cümə deyib: “Saatda 6000 kilometr sürətlə səsdən sürətli raket bu ölkənin bədxahları üçün dəhşətli kabusdur.”
Son bir neçə yüz il ərzində İranda heç bir hökumətin müdafiə sənayesinin qabiliyyəti haqqında düşünmədiyini və buna görə də İranın dəhşətli şəkildə parçalandığını qeyd edən imam cümə deyib: “Ətrafımızdakı ölkələrin əksəriyyəti İranın tərkibində idi. Ölkəmiz 50 il İngiltərə və Amerikanın əlində olmuşdur, amma müdafiə sənayemizə heç bir kömək etmədilər. İranda 57.000 amerikalı müşavir son rifah içində yaşayırdı və hətta bizdən vəhşilik haqqı alırdılar.”
O, Qacarlar dövründə İranın elmi və sənaye tənəzzülünə toxunaraq deyib ki, təxminən beş yüz illik tənəzzüldən sonra İslam Respublikası ilk dəfə olaraq istedadlı gənclərin əli ilə heç bir xarici yardım olmadan ölkənin müdafiə səviyyəsini o qədər yüksəltdi ki, bugün Avropa və ABŞ nöqtəvuran raketləri Rusiyaya verməməyimiz üçün bizə yalvarır. Heç kim inanmırdı ki, tamamilə geridə qalmış və şahın nazirinin sözü ilə desək, “aftafa da düzəltməyi bacarmayan” üçüncü dünya ölkəsi indi ölkə üçün nəhəng təhlükəsizlik qalası yarada biləcək bir səviyyəyə yüksələcək.
Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi xütbəsinin davamında deyib: “Düşmənlərimiz bu vəziyyətdən heç də razı deyillər, lakin bizim tərəqqimizə mane ola bilmirlər və İrana hücum edə bilmirlər. Bəs nə etsinlər? Yalnız xalqın düşüncəsini oğurlamaq, onun inamını və ümidini məhv etmək və İranın son dərəcədə geridə qaldığını təlqin etmək. Düşmənin gecə-gündüz təbliği nəticəsində gənc bir şəxs öz ölkəsinin ən böyük iftixarlarından üz döndərir, öz əli ilə təhlükəsizlik qapısını xain, qaniçən və vəhşi düşmənin üzünə açır.”
Xətib bildirib ki, Avropa ölkələrinin İrana qarşı son sanksiyaları insan haqlarına görə deyil, bunun əsas səbəbi İranın nailiyyətləridir və onlar son hadisələri bəhanə edirlər.
Cümə namazı xətibi düşmənin son hadisələrdə qarşıya qoyduğu məqsədlərinin heç birinə nail ola bilmədiyini vurğulayaraq deyib: “Bugün düşmən son dərəcədə narahat və qəzəbidir. Ona görə də bu uğursuzluğunu kompensasiya etmək və millətimizdən qisas almaq üçün xüsusi tədbirlər görəcəyi məlum idi. Son hadisələrdə xalqımızın onlara dəstəyinin olmamasından çox qəzəblidirlər. Uğursuzluqlarının səbəbini yalnız xalqın onlarla həmrəy olmamasında görürlər. Onların bütün sanksiyaları ilk növbədə müqavimətin əsas elementi kimi millətimizdən qisas almaq üçündür, ikincisi, nüvə danışıqlarında İranın onlara güzəştə getməməsidir.”
Ayətullah Amili elm və müdafiə sahəsindəki möhtəşəm nailiyyətləri Ali Məqamlı Rəhbərin müdrikliyinin, elmi mərkəzlərə və biliyə əsaslanan mərkəzlərə xüsusi önəm verməsinin səmərəsi adlandıraraq deyib: “Ali Məqamlı Rəhbər “elm qüdrətdir” yəni bilik qüdrətə bərabərdir, hər kimdə varsa hücum edəcək, olmayan isə hücuma məruz qalacaq hədisini açıqlamaqla, ölkənin tərəqqisinin rəmzini qlobal biliklərə şərik olmaqda görərək bildirdi ki, qlobal bilik hara getdisə, biz onun tərəqqisinə həmin yoldan töhfə verməliyik.”
İmam cümə qeyd edib ki, elə bu səbəbdən düşmən ona qarşı cəmlənib  və xalqımızı ən əsas sərmayəsinə qarşı bədbinləşdirmək üçün əlindən gələni edir. Bu şər hərəkətlərin bir nümunəsi keçmişdə baş verdi və millətimizə ciddi təsir göstərdi. Düşmən mediası, xüsusən də münafiqlər şəhid Beheştyə qarşı elə şəxsiyyət terroru həyata keçirdilər ki, hətta şəxsi görüşlərdə belə onu müdafiə etmək çətin idi. Həzrət İmam (r) Behiştiyə qarşı olunan zülmün onun şəhadətindən daha ağır olduğunu söylədi.
Beheştinin şəhadətindən və onun fikir və ideyalarının nəşrindən sonra xalqımız nə qədər dəyərli sərvəti itirdiyini başa düşdü.
Ayətullah Amili vurğulayıb: “Bugün düşmən açıq-aydın deyir ki, Rəhbərliyin müqəddəsliyi qırılmayana qədər hədəfimizə çatmayacağıq, zirvəni hədəf almalıyıq, çadırın dirəyini vurmalıyıq. Quruluşun sütunu vilayət və rəhbərlikdir. Bu inqilabın vücuda gəlməsinin səbəbi vilayəti-fəqihdir və qalmasının səbəbi də odur.”
Xətib qeyd edib ki, Amerika JCPOA ilə İranın nüvə gücünü məhdudlaşdıra bilər, lakin onun İranın yüksək inkişaf etmiş qeyri-nüvə silahlarını məhdudlaşdırmaq imkanı yoxdur və bu silahlar İranı mütləq regional super gücə çevirir. Düşmən nöqteyi-nəzərindən bu vəziyyətdən çıxış yolu milli birliyi pozmaq, gənclərimizin şüurunu, əqidəsini ələ keçirməkdir. Ona görə də, bunun üçün fantastik büdcə xərcləyirlər.
ABŞ və Avropanın pulsuz anti-filtr verdiyi yeganə ölkənin İran olduğunu diqqətə çatdıran imam cümə deyib: “Bu səxavətin Amerika və Avropa üçün hansı faydası var? ABŞ Dövlət Departamentinin anti-filtr üçün milyonlarla dollar ayırdığı yeganə ölkə İrandır. Amerika kimi şər bir ölkənin bir xalqa pulsuz xidmət etməsi mümkündürmü?
Həzrət İmam (r) buyurdu ki, bizim Amerika ilə münasibətimiz qurdla qoyun münasibətidir. Canavar həmişə yırtmağa gəlir.  Əgər Amerika İran və iranlılar üzərində qələbə çalsa, mütləq tam vəhşiliklə hərəkət edəcək.
Birinin sizə pulsuz kompüter verməsi mümkündürmü? Amerika yalnız bir alışda münafiqlərə 1700 kompüter verdi və yük Albaniyaya daxil olmuşdur. Bu, 1700 yalan yayan aparat deməkdir. Bu, İran xalqının başına yalanlar yağdırmaq deməkdir. Onlar İranı yıxmaq niyyətində həqiqətən ciddidirlər.”
Vəliyyi-fəqihin nümayəndəsi Starlink şirkəti tərəfindən İran xalqına internetin təmin edilməsinin ölçülərini açıqlayaraq deyib: “Starlink qeyri-hökumət şirkətidir. Amerika hökumətindən külli miqdarda pul alıb və İranda yüksək sürətli internet təqdim etməyə hazır olduğunu bildirib. Amma şərt qoyub ki, yerüstü stansiyaların xərcini özünüz ödəməlisiniz. Amerika həm stansiyanın tikintisinin xərclərini ödəməyi, həm də öz ərazisindən İrana qarşı istifadəyə evsahibliyi edən ölkəyə bunun haqqını ödəməyi öhdəsinə götürüb.
Təəssüf ki, indiyədək iki qonşumuz bizə xəyanət edib və Amerikadan külli miqdarda pul alaraq Starlink üçün stansiyanın tikintisinə icazə verib. İki ölkə arasındakı münasibətlərə xələl gəlməməsi üçün onların adlarını çəkmirəm. Amma belə görünür ki, müasir dünyada bir ölkənin dost kimi mənası yoxdur və hər bir ölkə öz maraqlarını güdür. Bu səbəbdən özümüz ölkəni təhlükəli düşmənlərdən qorumağa çalışmalıyıq.”
Xətib çıxışının digər hissəsində deyib: “Ölkəni qorumaq üçün ən böyük silahımız xalqın müdrikliyi və xalqın hörmətinin qorunmasıdır. Bəsirətli xalq həmişə meydandadır. Xalq meydanda olanda heç bir hiyləgər özünün şər planlarını həyata keçirə bilmir.”
İmam cümə bildirib ki, Ettelaat Nazirliyinin ikinci açıqlamasından məlum oldu ki, terrorçular bir neçə ölkədən İrana daxil olublar. Təbii ki, hər bir qeyrətli iranlı özünə sual verir: kiçik bir təhlükəsizlik zəifliyi ilə əcnəbilər ölkəmizdə belə qan tökürsə, əgər Allah eləməsin, təhlükəsizlik tamamilə pozulsa, o zaman ölkəmizə hansı böyük xarici terrorçular ordusu göndəriləcək?
Son hadisələrdə, bir neçə ölkədə Amerika, İsrail və onların müttəfiqləri tərəfindən xaricdə yaşayan iranlıların İslam Respublikasına qarşı aksiyası başladılmışdı. Bütün bu toplantıların mühüm bir xüsusiyyəti var idi ki, xalqımız onu bilməlidir və o da bu aksiyalarda üç separatçı bayrağın qaldırılması idi. Qəlbi əziz İranla olan hər bir iranlı üçün bu məsələ tutarlı faktdır. Onun mənası budur ki, İslam Respublikasının tənəzzülü İranın tənəzzülünə bərabərdir. Təbii ki, bu mühüm məqam öz əziz İranını satmaq istəməyən iranlılar üçün çox ciddidir.
Ərdəbil imam cüməsi cümə namazı xütbələrinin xalqımızın problemlərinin qaldırıldığı yer olduğunu vurğulayıb və fermerlərin sığortasının ödənilməməsinə diqqət çəkərək deyib: “Fermerlərin 30 aban (21 noyabr) tarixinə qədər əkin etmək imkanları var, ona görə də bu mövzuda gecikmə qətiyyən qəbuledilməzdir.”
O, uşaq antibiotikləri, xüsusi xəstələr üçün heç bir əvəzi olmayan dərmanların qıtlığına toxunaraq, prezidentdən bu məsələdə əsas günahkarın məhkəmə sisteminə təqdim olunmasını və çatışmamazlığın aradan qaldırılması üçün daha çox səy göstərməsini istəyib.
İmam cümə çoxlu sayda işsiz gəncin ona geniş məktub göndərərək təqaüdçülərin dövlət idarələrində və işlərində işlə təmin olunmamasını xahiş etdiyini, habelə son vaxtlar kirayə qiymətlərinin və rəhnin çox artdığını, bu səbəbdən kirayədə yaşayan aztəminatlı ailələrin tam ümidsizliyə düşdüyünü vurğulayıb.
Milli kodla kimin kirayəçi olduğunu müəyyənləşdirməyin asan olduğunu xatırladan xətib hökumətdən heç olmasa bu qrupa ucuz şərait yaradılmasını istəyib.
Ərdəbil Əyaləti Mədəniyyət Şurasının sədri əlavə edib: “Təəssüflər olsun ki, boş evlərin vergiyə cəlb olunması sistemi nə əvvəlki hakimiyyət, nə də indiki hakimiyyət tərəfindən işə yaradı. Halbuki, milli kod vasitəsilə kimin bir neçə və əlavə evinin olduğunu müəyyən etmək asandır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button