AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlərXütbələr

Ərdəbil imam cüməsi müsəlman ölkələrinin sionist rejiminə dəstək verməsini qınayıb

Ayətullah Amili: “İslam ölkələrindən bəziləri İsrail ilə dostluq sazişləri və hərbi müqavilələr imzalayırlar, qondarma rejimin bayrağını ölkələrində qaldırırlar.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbilin imam cüməsi Amerikanın bir sıra tanınmış aktyorları və kino simalarının öz sosial şəbəklərində zülmə məruz qalmış Fələstinə dəstək verməsinə toxunaraq deyib: “Bu həftə böyük və məşhur amerikalı aktyorlardan biri Fələstinə və onun məzlum millətinə çox layiqli bir tvit dəstəyi yazdı. Bu xəbər internet səhifələrində böyük əks-səda doğurdu və sionist rejimini bərk hiddətləndirdi.

Həmin aktyor Qüdsün Şeyx Cərrah məhəlləsində acınacaqlı vəziyyətdə yaşanan məzlum fələstinlilərə dəstəyini elan etdi.

Habelə, böyük və məşhur amerikalı rejissor, kinoprodüser və ssenarist İsrail rejiminin uşaq qatili olduğunu və indiyədək bir çox fələstinli uşaqları qətlə yetirdiyini elan etdi. Bu xəbər də böyük əks-səda yaratdı.”

İmam cümə əlavə edib ki, son vaxtlarda bir çox mədəniyyət-incəsənət xadimləri və Hollivud məşhurları da Fələstinlə həmrəylik etmişdir və sionist rejimini ciddi qınayıblar. Hətta, amerikalı tanınmış rejissorlardan biri beynəlxalq təşkilatlardan İsrail əleyhinə sərt sanksiyalar tətbiq edilməsini və bu rejimi cəzalandırmalarını istəyib ki, beləliklə, fələstinlilərin hüquqlarını pozmaqdan əl çəkmiş olsun.

Ayətullah Amili qeyd edib ki, bugünlərdə sionist rejimi Şeyx Cərrah əhalisini zorla öz ata-baba evlərindən çıxarır və onların uşaqlarını qətlə yetirir.

Ərdəbil Əyalətinin Ümumi Mədəniyyət Şurasının sədri daha sonra deyib: “Bu xəbərlərə toxunmaqda məqsəd odur ki, qeyri-müsəlman millətlər və qeyri-müsəlman mədəniyyət-incəsənət xadimləri, tanınmış sənətkarlar həm sözdə, həm də əməldə İsrailə qarşı sonsuz qəzəb və nifrətlərini bildirirlər, ancaq bəzi İslam ölkələri İsraillə dostluq sazişləri və hərbi müqavilələr imzalayırlar, bu qondarma rejimin bayrağını öz ölkələrində qaldırırlar, İsrail ilə dost olduqlarını iftixarla deyirlər, hətta onları öz mühüm mədəni mərkəzlərinə üzv edirlər. Allahın Rəsulu (s) buyurdu: Əgər daşı da sevsən, Qiyamət günü onunla məhşur olacaqsan.”

Ekspertlər Məclisinin üzvü öz torpaqlarında sionist rejimi üçün hərbi baza yaratmağa icazə verən müsəlman ölkələrini qınayaraq deyib: “Bir çox İslam ölkələri öz hərbi bazalarını sionist rejiminin ixtiyarına veriblər, hətta Birləşmiş Ərəb Əmirlikləri 350 metr dərinlikdə hərbi qəsəbə yaratmaq imtiyazını bu rejimə vermişdir. Bəzi İslam ölkələri də İsrailin hava manevrləri həyata keçirməsi üçün öz hava məkanını onun ixtiyarına vermişdir.”

Ayətullah Amili bu xəyanətin səbəbini də açıqlayaraq deyib: “İslam ölkələrinin bu xəyanətinin səbəbi onların dilə gətirə bilmədikləri bir mövzudur. O da budur ki, İsrail olmadan və ona yaxınlaşa bilmədən, beynəlxalq sionizm lobbisi ilə əlaqə qurmadan öz təhlükəsizliklərini təmin edə bilməmələrinə inanmaqlar. Ali Məqamlı Rəhbər bir cümlə ilə bunların hamısının cavabını verərək buyurdu: “İsrail vasitəsilə təhlükəsizliyi təmin etmək illüziyadır”. Bu xəyanəti edən bütün ölkələr Qurani-kərimin onlarla ayəsini ayaq altına atmışdır. Mütəal Allah Qurani-kərimdə dəfələrlə buyurmuşdur ki, kafirləri dost tutmayın, onları öz sirlərinizin məhrəmi bilməyin və onlara sevgi göstərməyin.

Bütün İslam ümməti diqqət etməlidir ki, Allahın insan barəsində iki əməl kitabı vardır. Onlardan biri şəxsi əməl kitabıdır və Qurani-kərimdə buyurur:

وَکُلَّ إِنْسَانٍ أَلْزَمْنَاهُ طَائِرَهُ فِی عُنُقِهِ وَنُخْرِجُ لَهُ یَوْمَ الْقِیَامَهِ کِتَابًا یَلْقَاهُ مَنْشُورًا اقْرَأْ کِتَابَکَ کَفَى بِنَفْسِکَ الْیَوْمَ عَلَیْکَ حَسِیبًا

“Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü açıq kitab kimi qarşısına qoyarıq. (Və ona belə deyərik:) “Oxu, kitabını (əməl dəftərini). Bu gün sən haqq-hesab çəkməyə özün-özünə kifayətsən!”

Bütün müsəlmanların, hətta bütün insanların digər bir əməl kitabları da vardır və o, ümmətin əməl kitabıdır. Yəni bizim həm şəxs olaraq, həm də ümmət olaraq bir sıra vəzifələrimiz vardır və ümmətin zəlil və xar olmasına, ümmətin taleyinin kafirlərin əlin düşməsinə icazə verməməliyik. Qurani-kərimdə oxuyuruq:

وَتَرَى کُلَّ أُمَّهٍ جَاثِیَهً کُلُّ أُمَّهٍ تُدْعَى إِلَى کِتَابِهَا الْیَوْمَ تُجْزَوْنَ مَا کُنْتُمْ تَعْمَلُونَ

“Hər ümməti diz çökmüş bir vəziyyətdə görərsən. Hər ümmət öz əməl dəftərinə tərəf çağırılar. (Onlara belə deyilər:) “Bu gün sizə etdiyiniz əməllərin əvəzi veriləcəkdir!”

Qərb ölkələrində söz azadlığının pozulduğunu vurğulayan imam cümə deyib ki, demokratiya və söz azadlığı kimi şüarları göyə ucalan qərb ölkələri dəfələrlə və dəfələrlə demokratiya və azadlıq prinsiplərini ayaqlamış, öz maraqlarını bu müqəddəs anlamlardan üstün tutmuşlar. Bu hərəkətlərin son nümunəsi kimi İnstaqramın da sahibi olan Facebook şirkətinin, dünyanın bu iki internet platformasından təxminən 4000 səhifəni blok etməsini göstərmək olar.

Qərbdə söz azadlığı, ədalət və demokratiya şüarları aldatmaqdan və qanunsuz maraqlarını təmin etmək vasitəsindən başqa bir şey deyil. Üç milyarddan çox abunəçisi olan Facebook zorakılıq, terror və terrorizmlə mübarizə apardığını deyir, lakin bütün dünyada insan haqları təşkilatları bunun həqiqətdən uzaq olduğunu bildiriblər. Fələstinlilər bu şirkətin ən böyük qurbanlarıdır, çünki hər hansı bir yazıçı, ya siyasi fəal və ya fələstinli rəsmi İsrailin cinayətləri və bu rejimin insan haqları pozuntuları haqqında yazırsa, Facebook dərhal onun səhifəsini tam və ya qismən bağlayır.

Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi deyib: “İsrail dəfələrlə BMT-nin İnsan Haqları Şurası tərəfindən müharibə cinayətləri törətməkdə günahlandırılıb, ancaq bu cinayətlərdən məhz sitat gətirmək səhifənin qara siyahıya salınması və yaxud bağlanması üçün kifayətdir.”

Ayətullah Amili sonda qeyd edib ki, insanları susdurmaq və onları ən dəyərli haqları olan bilmək haqqından məhrum etmək siyasətinin vaxtı keçmişdir. Böyük fələstinli alimlərdən biri dedi ki, əgər səhifəmizi bağlasanız, İsrailin millətimizə qarşı etdiyi zülm və cinayətləri divarlara yazacağıq. Bunu da deyim ki, bu yaxınlarda İranda hamısı İslam İnqilabının tərəfdarları olan təxminən üç yüz əlli İnstagram və Facebook səhifəsi bağlandı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button